Bütün xəbərlər

Vardanyana ailəsinin tutduğu vəkillə görüşməyə icazə verilmir

Ailəsi tərəfindən tutulan vəkilə Ruben Vardanyanla görüşməyə icazə verilmir. Qəzetçi-nin əldə etdiyi məlumata görə, yeni vəkili bir neçə dəfə Vardanyanın saxlanıldığı Umbakı Penitensiar Mərkəzinə getsə də, onun müvəkkili ilə görüşünə şərait yaradılmayıb. Mənbənin bildirdiyinə görə, Ruben Vardanyana məhkəmə müdafiəsilə bağlı təzyiq var və o, məhkəmə tərəfindən təyin edilən vəkillə kifayətlənməyə məcbur edilir. Onun məhz bu […]

Bütün xəbərlər

Emin Qasımov: “Məhəmməd Mirzəlini dövlətçilik əlehinə çıxışlarından qəzəblənib cəzalandırmaq qərarına gəldim”

Fransada siyasi sığınacaq alan azərbaycanlı blogger Məhəmməd Mirzəliyə edilən sui-qəsd cəhdindən beş il sonra – mayın 26-da Renn Cinayət Məhkəməsində məhkəmə istintaqı başlayıb.  Məhəmməd Mirzəli Qəzetçi-yə deyib ki, proses zamanı təqsirləndirilən şəxslərdən biri cinayət işinin açılmasında əhəmiyyətli rol oynayan etiraf edib.  Belə ki, Moldova pasportu ilə həbs edilən Andrey Topal Azərbaycan vətəndaşı olduğunu, əsl adının […]

Bütün xəbərlər

“Özünə qəsd edən əsgər başına üç gülləni necə vura bilər?”

“Raminin nəşini gətirməyə əmiləri gediblər. Cəsədə baxıblar. Onlar deyirlər ki, güllələr başından və çənəsinin altından dəyib. Üç güllə yeri olub. Özünə qəsd edən adam 3 gülləni özünə necə vura bilər? Elə birinci patronda ölər yaxud huşunu itirər, qalar yerdə. İki patronu kim atdı bəs ona?”. Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz qəsəbəsində yerləşən “N” saylı hərbi […]

Bütün xəbərlər

Azərbaycanla Türkiyə məhbus sayına görə Avropa regionunda liderlik edir

Azərbaycan 2025-ci ilə Avropa Şurasına üzv dövlətlər arasında məhbus sayına görə liderlik edən iki ölkədən biridir.  Mayın 19-da Avropa Şurasının Lozanna Universiteti ilə birlikdə yaydığı hesabata görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 271 məhbus düşüb. Bu göstəriciyə görə, Azərbaycan ancaq qonşu Türkiyədən (458 məhbus) geri qalır.  Cənubi Qafqaz regionuna gəlincə, Gürcüstan analoji metodologiyaya görə, […]

Bütün xəbərlər

Böyük Britaniya “Lotu Quli”nin qardaşına sanksiya qoyub

Böyük Britaniya mayın 11-də İran hökuməti adından planlaşdırılan hücumlara görə dörd şəxsə sanksiya tətbiq edib. Onlardan biri də “Lotu Quli” kimi tanınan mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Səlifovdur. Britaniya Xarici İşlər Nazirliyinin mayın 14-də yaydığı məlumatda bildirilir ki, Namiq Səlifovun Böyük Britaniya ərazisində olan əmlakları dondurulub, özünün isə ölkəyə girişinə qadağa qoyulub. Onun […]

Bütün xəbərlər

SOCAR adı korrupsiyada hallanan keçmiş naziri İtaliyadakı şirkətin direktoru təyin edib

Azərbaycanın dövlət neft şirkəti SOCAR İtaliyanın “API Holding”dən aldığı “Italiana Petroli” şirkətinə yeni baş icraçı direktor təyin edib. “Policy Maker” yazır ki, söhbət Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvilidən gedir. Levan Davitaşvili 2021-ci ildən 2025-ci ilədək Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifələrində çalışıb. O, nazir postunu tərk edəndən sonra 2025-ci ilin […]

Bütün xəbərlər

Rusiya vətəndaşlığı vədi ilə “Vaqner”ə qoşulan azərbaycanlı 5 il azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi “Vaqner” qanunsuz silahlı birləşməsində iştirak etməkdə təqsirləndirilən Yevlax sakini barədə hökm çıxarıb. Qəzetçi-nin əldə etdiyi məhkəmə hökmündə qeyd olunur ki, təqsirləndirilən şəxs Real Nəbiyev 2022–2023-cü illərdə Rusiya ərazisindən keçərək Ukraynanın Donetsk vilayətinin Bahmut şəhərində “Vaqner” qruplaşmasının tərkibində döyüşlərdə iştirak edib. Azərbaycan qanunvericiliyilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələriylə (CM […]

Bütün xəbərlər

Deren Derya: “Əliyevin Avropa Parlamenti haqqında dediklərinin cavabı yerindəcə verilib”

Mayın 7-də Avropa Parlamentinin insan haqları alt komitəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilib. Bu müzakirələr Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələrin dayandırılması ilə bağlı verdiyi qərardan bir həftə sonraya  təsadüf edir.  Dinləmələrdə Avropa Birliyinin Azərbaycanla iqtisadi münasibətlərinin fonunda hüquq müdafiəçiləri və müstəqil mediaya qarşı basqılar, eləcə də 2025-ci ilin dekabrında Bəhruz […]

Bütün xəbərlər

Qazilərin müdafiəçisinə 2 il 6 ay həbs cəzası verildi

Mayın 6-da “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Tovuz Rayon Məhkəməsinin qərarıyla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  Ötən il martın 31-də saxlanılan Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunub. O, ittihamları qəbul etməyib, həbsi motivinin müharibə veteranlarına göstərdiyi dəstəklə bağlı olduğunu […]

Bütün xəbərlər

Makron erməni məhbuslar məsələsini Əliyevlə danışacağını deyib

Emmanuel Makron Azərbaycanda həbsdə olan erməni əsilli məhbusların məsələsini Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək.  “Armenpress” yazır ki, bunu mayın 5-də “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitinin nəticələrinə həsr olunmuş brifinqdə Fransa Prezidenti özü deyib.  “Əvvəlcə Ermənistan Prezidenti və Ermənistanın Baş naziri ilə müzakirələr aparacağam, bundan sonra isə Prezident Əliyevə zəng edəcəm və ya birbaşa […]