Bütün xəbərlər

Erməni məhbuslar Umbakıda digər məhbuslardan ayrı saxlanılırlar

Azərbaycan keçmiş Dağlıq Qarabağ rəsmiləri də daxil olmaqla, 19 erməni məhbusun hamısını Umbaki həbsxanasına yerləşdirib. Azadlıq Radiosu çərşənbə axşamı bildirib ki, məhbuslar Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasından Umbakıyə köçürülüb. Radio erməni məhbusların Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi Siranuş Saakyana istinadən yazıb ki, məhbusların 3-ü 2023-cü ildən bəri cəzasını Umbakıda çəkir. “Üç nəfər artıq 2023-cü ildən bəri […]

Bütün xəbərlər

Hökumət yüzlərlə subasan evi kompensasiyadan kənarda saxladı

Bakıda subasmadan sonra ancaq Keşlədə yerləşən 61 fərdi yaşayış evinin təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. M.Ə.Sabir və B. Mirzəyev küçələrində yerləşən bu evlərin sakinlərinə 3 aylıq kirayə haqqı ödəniləcək, yararsız hala düşən məişət əşyalarına görə maddi yardım veriləcək. Aprelin 28-də Prezident İlham Əliyevin imzalandığı sərəncama əlavədə belə deyilir. Prezident Bakı və Abşeron rayonu, eləcə […]

Təhsil

Təhsil Nazirliyi 39 təhsil müəssisəsində “13-cü ay üzrə” internet xərci ödəyib

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyəti üzrə apardığı audit zamanı ADSL-ə qoşulan 39 təhsil müəssisəsi üzrə 12 ay əvəzinə 13 aya görə internet haqqı ödənilməsi səbəbindən artıq ödəniş aşkar edib. Palatanın auditi Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən alınmış 8,5 milyon manat dəyərində kompüter, printer və digər bu kimi avadanlıqları […]

Bütün xəbərlər

Avropa İttifaqı „Yelo Bank”a sanksiya tətbiq etdi, SOCAR-ın üzərinə isə öhdəlik qoydu

Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” aprelin 23-də Avropa İttifaqı Komissiyasının Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilib. Azərbaycan Dövlət Neft Şirkətinin üzərinə isə Rusiyanı sanksiyalardan yayındırmağa kömək etməyəcəyinə dair öhdəlik qoyub.  Budəfəki sanksiya paketi Rusiya iqtisadiyyatını və sənayesini dəstəkləyən, yaxud Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərərək Ukraynanın ərazi bütövlüyünü pozan, yaxud Rusiya silahlı qüvvələrindəki hərbi qulluqçulara […]

Hüquq

ASAN Xidmət Əfqan Sadıqovun şəxsiyyət vəsiqəsinə dair müraciətini qəbul etməyib

ASAN Xidmət Gürcüstandan Azərbaycana deportasiya edilən “Azel” yutub kanalının rəhbəri Əfqan Sadıqovun yeni şəxsiyyət vəsiqəsi almaq üçün aprelin 10-da etdiyi müraciəti qəbul etməyib. Jurnalistə bildirilib ki, hərbi qeydiyyatı ləğv edildiyindən şəxsiyyət vəsiqəsini yeniləmək mümkün deyil. Əfqan Sadıqov Qəzetçi-yə deyib ki, polislər ona şəxsiyyət vəsiqəsini Tiflisdə yaşadığı mənzildən götürməyə imkan verməyiblər. Şəxsiyyətini təsdiq edən digər sənədlər […]

Bütün xəbərlər

Vens Əliyevdən Fərid Mehralızadənin azadlığa buraxılmasını istəyib

İllustrasiya/AzadlıqRadiosu

Ekologiya

Yağışa görə 1740 manatlıq sığorta ödənişlərinin 85 faizi avtomobillərin payına düşəcək

Martın 27-30-u aralığında respublika ərazisində yağan güclü yağışlardan sonra əhalinin əmlakına dəyən zərərlə bağlı hökumət tərəfindən dəqiq statistika təqdim olunmasa da, bəzi sığorta şirkətləri ilkin göstəriciləri açıqlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, şiddətli yağışlar 3 milyon manata yaxın sığortalı zərərə səbəb olub. Aprelin 1-nə 8 sığorta şirkətinə ümumilikdə 1649 sığortalı tərəfindən müraciət daxil olub. Müraciətlər […]

Bütün xəbərlər

İsrail parlamenti fələstinlilərə qarşı ayrı-seçkilik karakterli ölüm cəzası qanunu qəbul edib

Martın 30-da İsrail parlamenti Knesset terrorçuluqda ittiham edilən fələstinlilərin asılmaqla edamını nəzərdə tutan qanun layihəsini səsverməyə çıxararaq qəbul edib. “Deutsche Welle” yazır ki, İsrail hərbi məhkəmələrində “terror aktı” kimi təsnif edilən və israillilərin ölümünə səbəb olan hücumlara görə tətbiq olunacaq ittihamları əhatə edən layihə 62 səs lehinə, 48 səs əleyhinə olmaqla qəbul edilib. Qanun layihəsi […]

Bütün xəbərlər

Dövlət dəstəyindən sonra çay plantasiyalarının sahəsi 18 faiz azalıb

Azərbaycanda çay plantasiyalarının sahəsi 18 faiz azalıb. 2019-cu ildə çay sahələri 1100 hektar təşkil etdiyi halda, 2024-cü ildə bu rəqəm 900 hektara enib. Hesablama Palatasının məlumatına görə, Azərbaycan “Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu hədəflərdən ciddi şəkildə geri qalır.  Proqramın əsas hədəflərindən biri 2027-ci ilə qədər çay plantasiyalarının sahəsini 3000 hektara, […]

Bütün xəbərlər

“Biz zalımın zülmünə məruz qalanların səsi olduğumuz üçün buradayıq”

Salam, oğlum! Bu təbriki sənə hər tərəfi tikanlı məftillərlə və dəmir barmaqlıqlarla əhatə olunmuş bir məkandan yazıram. Bəlkə də sənə ad günü təbrikini nə vaxtsa buradan yazacağımı təsəvvür etməzdim, amma mən bunu təxmin edirdim. Çünki ölkəmizdə hansı siyasi sistemin və kimlərin idarəçiliyinin olduğunun fərqində idim. Ölkədə hər günü son gün kimi yaşayan adamların hər an […]