Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilən parlament seçkilərinin yekun nəticələrini elan edib.
Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası rəqibləri üzərində böyük səs faizi ilə qalib gəlib.
Parlamentin tərkibi 4 partiyadan formalaşacaq:
Mülki Müqavilə Partiyası – 49.81%
Güclü Ermənistan – 23.29%
Ermənistan Alyansı – 9.94%
Çiçəklənən Ermənistan Partiyası – 4%
Amma 2021-ci ildə keçirilən seçkilərlə müqayisədə Paşinyanın partiyası 13 yer itirib.
Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan koalisiyası isə 27 yer qazanıb.
Köçəryanın Ermənistan Alyansı isə ötən seçkilərlə müqayisədə 18 yer itirərək parlamentdə 11 yerə sahib ola bilib.
Çiçəklənən Ermənistan bloku isə barajı keçərək 4 yer əldə edə bilib.
Bu nəticələrə görə, Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası təkbaşına yeni hökumət formalaşdıracaq.
