Category: Bütün xəbərlər
Bütün xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan əsgərinə beş maddə üzrə cinayət işi açılıb
Oktyabrın 1-də Ermənistan ərazisində saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev barəsində Ermənistan Cinayət Məcəlləsinin 5 maddəsi üzrə ittiham elan edilib. “armenpress.am”-ın Ermənistanın Baş Prokurorluğuna istinadən verdiyi məlumata görə, Nəsimi Musayev Ermənistanın Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (Ermənistan dövlət sərhədini qanunsuz keçmə), 340-cı maddəsinin 1-ci hissəsi (odlu silah, sursat və qanunda nəzərdə tutulan digər hərbi […]
Bütün xəbərlər
Sabirabad və Gəncədə hicablı şagirdlər dərslərə buraxılmayıblar
Sabirabad rayonunun Yolçubəyli kəndində və Gəncə şəhərində yerləşən 24 saylı orta məktəbdə hicablı şagirdlərin məktəbə buraxılmadığı deyilir. Bu məlumatı oktyabrın 1-də insan haqları müdafiəçisi, jurnalist Arzu Abdulla sosial media hesabında yayıb. Onun bildirdiyinə görə, Yolçubəyli kəndindəki orta məktəbin direktoru Kənan Ələsgərli sentyabrın 30-da hicablı şagirdlərə “gələn həftədən ya hicabınızı açın gəlin, ya da ərizə yazıb, […]
Bütün xəbərlər
Azərbaycan Türkiyədən 500 milyon dollar dəyərində silah-sursat alacaq
Azərbaycan Türkiyədən ümumi dəyəri 500 milyon dollar olan müxtəlif növ silahlar alacaq. “Anadolu” Xəbər Agentliyi Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgünə istinadən yazıb ki, müqavilələr Bakıda keçirilən ADEX 2026 – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb. Haluk Görgün Azərbaycanın Türkiyədən 14 ədəd “HÜRKUŞ-II” təlim-zərbə təyyarələri və müxtəlif təyinatlı müdafiə sistemlərinin tədarükü ilə […]
Bütün xəbərlər
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə günahlandırılan Ermənistan vətəndaşı həbs edilib
Tbilisidə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. “Aktual.ge”nin ictimai vəkil Teona Peraadzeyə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs 40 yaşlarında olan Ermənistan vətəndaşıdır və o, Gürcüstana turist kimi gəlib. Xatırladaq ki, sentyabrın 21-də Heydər Əliyevin Tbilisi şəhərində “Meydan” adlanan ərazisində yerləşən büstünə qarşı vandalizm aktı törədilməsi ilə bağlı […]
Bütün xəbərlər
Qəbələli sahibkarlar: “Nohurqışlaq gölü Emin Ağalarova verilib”
Qəbələ rayonunda yerləşən Nohurqışlaq su anbarı prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarova verilib. Bu iddia ilə Nohurqışlaq gölü ətrafında fəaliyyət göstərən bir qrup sahibkar çıxış ediblər. Onların Qəzetçi-yə verdikləri məlumata görə, bu ilin aprelindən etibarən gölün giriş-çıxışı bağlanıb. Vaxtilə Nohurqışlaq gölü ətrafında müxtəlif ticarət və əyləncə yerləri olduğunu bildirən sahibkarların sözlərinə görə, yüzdən çox […]
Bütün xəbərlər
Ələsgər Məmmədli Ombudsman Səbinə Əliyevaya müraciət edib
Toplum TV işi çərçivəsində 14 il müddətinə azadlıqdan məhrum edilən media hüququ üzrə ekspert Ələsgər Məmmədli Ombudsman Səbinə Əliyevaya saxlanıldığı Bakı İstintaq Təcridxanasından müraciət ünvanlayıb. Bu haqda məlumatı sentyabrın 30-da Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli sosial media hesabında paylaşıb. Müraciətində Ombudsmanın məhkəmə monitorinq etmək səlahiyyətinin olduğunu xatırladan hüquqşünas Səbinə Əliyevanı oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində […]
Bütün xəbərlər
Şahin Mustafayevin Tehrana səfərindən sonra Azərbaycanda bloklanan İran saytlarına giriş bərpa edilib
Azərbaycan ərazisində bloklanan bir sıra İran xəbər saytlarına giriş bərpa edilib. Qəzetçi-yə Bakıdakı mənbələrdən daxil olan məlumata görə, əvvəllər yalnız VPN vasitəsilə giriş mümkün olan İranın “Mehr”, “Tasnim” və “IRIB” xəbər agentliklərinin saytlarına sentyabrın 30-dan sərbəst giriş etmək mümkün olub. Azərbaycan hakimiyyəti tərəfindən sərt tənqid edilən “Səhər Azəri” telekanalının saytına qoyulmuş blok isə aradan qaldırılmayıb. […]
Bütün xəbərlər
SOCAR İtaliya milli futbol komandalarının sponsoru oldu
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın kişi və qadın milli futbol komandalarına 4 il müddətinə sponsorluq edəcək. Dövlət Neft Şirkətini yaydığı məlumata görə, bununla bağlı İtaliya Futbol Federasiyası (FIGC) ilə SOCAR arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, SOCAR 2027-ci il yanvarın 1-dən 2030-cu il dekabrın 31-dək İtaliyanın kişi və qadın milli futbol komandalarının […]
Bütün xəbərlər
Rusiya vətəndaşı olan etnik talış Azərbaycanda DTX tərəfindən saxlanılıb
Rusiya vətəndaşı olan etnik talış Hafiz İsmayılov Bakının Binəqədi rayonunda yaşayan bacısının evindən qardaşı ilə bərabər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən aparılıb. Bu haqda sosial media hesabında paylaşım edən talış ictimai xadim Əli Ağayev bildirib ki, Hafiz İsmayılovun yerini bir neçə həftə ərzində müəyyən etmək mümkün olmayıb. Sentyabrın 27-də paylaşım edən Əli Ağayev qeyd […]
Bütün xəbərlər
Müstəntiq ibtidai istintaq zamanı Fazil Qasımovun imzasını saxtalaşdırıb
Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov sentyabrın 22-də üç gündür başladığı aclıq aksiyasını dayandırıb. O, aclığa başlayanda tələbi dörd aydır Nərimanov Rayon Məhkəməsinə göndərdiyi şikayətin icraata götürülməsi və məhkəmə prosesində iştirakının təmin olunması idi. Nazim Qasımov Qəzetçi-yə bildirib ki, qardaşı Fazil Qasımovun tələbləri hələ də təmin edilməyib, amma o, səhətti pisləşdiyindən aclıq aksiyasını dayandırıb. Fazil Qasımov […]
