Category: Bütün xəbərlər
Bütün xəbərlər
Ruben Vardanyan Azərbaycanın Ombudsmanına çağırış etdi: Heç olmasa, öz qanunlarınıza əməl edin
Umbakı Penitensiar Kompleksində saxlanılan Qarabağda erməni seperatcı rejiminin dövlət naziri olmuş Ruben Vardanyan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya müraciət edib. Ermənistanın“news.am” nəşrinin yaydığı müraciətdə Vardaanyanın Umbakı Penitensiar Kompleksində saxlanılan digər 18 erməni məhbusla birlikdə bir sıra hüquqlarının pozulduğunu bildirib. O, Ombudsman Aparatının 916 nömrəli qaynar xəttinin işləmədiyini bildirib. “Mənə yalnız 1 dəfə iyulun […]
Bütün xəbərlər
Azərbaycan rusiyalı milyarderlə bağlı Fransaya təzyiq göstərdiyinə dair iddiaları təkzib edib
Fransa və Slovakiya Rusiyaya qarşı sanksiyaların 12 ay müddətinə artırılmasının qarşısını alıb. Fransa özbək əsilli rusiyalı oliqarx Alışer Usmanovun adının sanksiyalardan çıxarılmasını tələb edir. “Financial Times” sentyabrın 18-də yaydığı məlumatda qeyd edib ki, Fransanın bu addımı Azərbaycanın tələbi ilə bağlıdır. Belə ki, Rəsmi Bakı Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarının azad olunması müqabilində Usmanovun sanksiyalar siyahısından […]
Bütün xəbərlər
Sanksiyalara baxmayaraq Rusiyadan Azərbaycana pul köçürmələri 67,3 faiz artıb
“Zolotaya Korona”nın Azərbaycanda fəaliyyətini dayandırması və Rusiyaya qarşı beynəlxalq sanksiyaların davam etməsi fonunda Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 67,3 faiz artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk yarısında Rusiyadan fiziki şəxslərin Azərbaycana pul köçürmələri 356,6 milyon dollara qədər yüksəlib. Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra ilk dəfə bu ölkədən Azərbaycana pul köçürmələrində artım […]
Bütün xəbərlər
Azərbaycanda məhkəmələr USAID, GMF, ABŞ səfirliyindən ayrılan vəsaiti “çirkli pulların yuyulması” adlandırır
Sentyabrın 16-da “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənova “QHT işi” çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib. Hökumətyönlü media olan APA yazır ki, o, 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilib. Hafiz Həsənov […]
Bütün xəbərlər
Fransa Azərbaycanla məhbus mübadiləsi müqabilində rusiyalı oliqarxın Aİ sanksiyalarından çıxarılmasına çalışır
Fransa Azərbaycanla məhbus mübadiləsi çərçivəsində özbək əsilli rusiyalı oliqarx Alişer Usmanovun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılması üçün digər Aİ ölkələrini razı salmağa çalışır. Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Azərbaycanda həbs olunan bir neçə Fransa vətəndaşının azad edilməsi ilə bağlı təklif olunan saziş Aİ-nin Rusiyanın Ukraynaya hücumuna cavab olaraq 2600-dən […]
Bütün xəbərlər
Azərbaycanın Rusiyadan idxalı 42 faiz azalıb: qızıl, qaz və neft alışı dayandırılıb
Azərbaycanın Rusiyadan idxalı son illərin ən aşağı səviyyəsinə düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında şimal qonşusundan Azərbaycana idxal olunan malların dəyəri 42 faiz azalıb. Əgər 2025-ci ilin yanvar-iyul aylarında bu ölkədən Azərbaycana 2,35 milyard dollardan çox məhsul idxal edilmişdisə, cari ilin eyni dövründə bu rəqəm 1,36 milyard dollara yaxın olub. 2026-cı […]
Bütün xəbərlər
Tramp administrasiyası sanksiyalara salınan azərbaycanlılara məxsus neft şirkətinə güzəşt edib
Rusiyanın “kölgə donanması”nda əhəmiyyətli yer alan Azərbaycan vətəndaşları tərəfindən yaradılan “2Rivers Group” və İran əsilli Şamxani ailəsinə məxsus “Wellbred Capital Pte Ltd” şirkətinə Tramp administrasiyası sanksiyalardan yayınmaq üçün güzəşt edib. Bu iddia ilə “Bloomberg” nəşri çıxış edib. Araşdırmada Rusiya və İran neftini sanksiyalardan yayındıraraq qanunsuz yollarla satışını həyata keçirən “2Rivers Group” və “Wellbred Capital Pte […]
Bütün xəbərlər
Avropa Məhkəməsi Əli Kərimlinin həbsilə bağlı Azərbaycan hökumətindən izahat tələb edir
Avropa İnsan Hüquqları Məhkəməsi müvəqqəti tədbirlər üçün edilən müraciətə cavab olaraq, Azərbaycan hökumətindən AXCP sədri Əli Kərimlinin səhhəti və saxlanma şəraiti barədə məlumat verilməsini istəyib. Məlumatı İngiltərənin “Doughty Street Chambers” vəkillər kollegiyası məlumat yayıb. Məlumatı “Financial Times” nəşrinin xarici siyasət üzrə rəhbər yazarı Gideon Rachman özünün “X” hesabında “Azərbaycandan vacib və şokedici iş” təqdimatı ilə […]
Bütün xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Girne məhkəməsində 9 nəfərin ölümü və 19 nəfərin itkin düşməsi ilə nəticələn gəmi qəzasına görə saxlanılan doqquz nəfərin üçü Azərbaycan vətəndaşıdır. Sentyabrın 3-də “Filo Taşımacılık” şirkətinə aid sərnişin gəmisinin batması ilə bağlı keçirilən məhkəmə prosesində saxlanılanlar barəsində səkkiz gün müddətinə həbs qətimkan tədbiri seçilib. Türkiyə mediası avqustun 30-da Şimali Kiprin Türkiyəyə aid Girne sahillərində 267 […]
Bütün xəbərlər
Bakıda dövlət bağçasına gedən uşağın qanında psixotrop maddə aşkarlanıb
Sentyabrın 1-də Bakının Yasamal rayonunda 98 saylı bağçaya gedən 3 yaşlı uşağın qanında psixotrop maddə aşkarlanıb. “Xəzər TV”nin məlumatına görə, uşağın anası Nurgül Məmmədova hadisə ilə bağlı deyib ki, övladını üç həftə əvvəl uşaq bağçasına qoyub. İki həftə sonra uşağın hərəkətlərində qəribəlik hiss etdiyini bildirən Nurgül Məmmədovanın sözlərinə görə, tibbi analizlərin nəticəsindən sonra övladının qanında […]
