Araşdırma

Dövlətin resursları prezidentin nəvələrinə sərf olunur

Dövlətin resursları prezident İlham Əliyevin nəvələrinin şəxsi maraqları üçün istifadə edilir. Söhbət Emin Ağalarovla Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovdan gedir.  Həm 2025-ci ilin oktyabrında, həm də bu ilin iyulunda Ağalarov qardaşları Bakıdakı özəl biznes obyektlərinin açılışına Prezident Administrasiyasının xidməti avtomobillərində gəliblər.   Bunlar “10-PA-028”, “10-PM-086” və “10-PA-031” nömrə nişanlı minik avromobilləri olublar. Həmin avtomobillərinin […]

Bütün xəbərlər

Xəzər Dəniz Gəmiçiliyi SOCAR-ın 70 milyon manata yaxın “ümidsiz borc”unu silib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ili böyük ziyanla başa vurub. 2024-cü ili 14,5 milyon manat xalis mənfəətlə qapadan gəmiçilik nəhəngi, 2025-ci ildə 17,5 milyon manat xalis zərərə düşüb. ASCO-nun idarəçiliyi  2024-ci il noyabrın 7-dən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib. Müəssisənin ötən ilə dair maliyyə hesabatından görünür ki, dövlət şirkəti gəlirlərini əvvəlki […]

Bütün xəbərlər

“Sea Breeze”in İsrailin futbol klubuna sponsorluğu bir il sonra üzə çıxıb

Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovla  İsrailin “Makkabi Netanya” futbol klubu arasında sponsorluq razılaşması son günlərdə ictimailəşdirilsə də, əslində, müqavilə bir il əvvəl imzalanıb.  2025-ci il avqustun 17-də klubun rəsmi sosial media hesablarında yayılan məlumatda yeni sponsorun Azərbaycanda istirahət layihələrinin təşəbbüskarı və marketinqi ilə məşğul olan “Sea Breeze Resort and Residences” şirkətinin olduğu bildirilib. […]

Bütün xəbərlər

Macarıstanın dövlət kanalı yaydığı yalan məlumatlara görə üzr istədi, bəs AzTV? 

Macarıstanın dövlət televiziyası M1 uzun illər yalan məlumatlar yaydığına görə, macarlardan üzr üstəyib və yayımını müvəqqəti dayandırıb.  Keçmiş hakimiyyətin təsiri altına düşdüyünü açıq-aydın bəyan edən media qurumu hökumət təbliğatının yer almadığı yeni formatda fəaliyyətə başlayacağını bəyan edib. M1 telekanalının efirində qara fonda “İctimai televiziya yalan danışa bilməz. Uzun illər bunu etdiyimiz üçün üzr istəyirik” yazılıb. […]

Bütün xəbərlər

Avropa İttifaqı Ermənistan məhsullarının 80 faizini rüsumdan azad edəcək

Avropa Komissiyasının sədri Ursula von der Leyen iyunun 2-də Yerevana səfəri zamanı deyib ki, Avropa Birliyi Rusiyanın qadağan etdiyi Ermənistan məhsullarına qapı açacaq. Ermənistana təklif olunan yeni ticarət təklifləri Avropaya ixrac olunan məhsullara tətbiq edilən rüsumlara da əhəmiyyətli güzəştlər nəzərdə tutur.    “Muxtar Ticarət Tədbirləri üçün təkliflər Ermənistanın Avropa İttifaqına ixracının demək olar ki, 80%-ni liberallaşdıracaq. Bu […]

Bütün xəbərlər

Azərbaycan və Türkiyə XİN-i İsrailin erməni soyqırımını tanıması planına reaksiya verib

“Hesab edirik ki, erməni soyqırımı mövzusunun siyasi alətə çevrilməsi prosesinə qoşulmamaq Ermənistan Respublikasının maraqlarına uyğundur.” Ermənistanın baş naziri Nikol Paşinyan İsrail Nazirlər Kabinetinin ötən həftə “erməni soyqırımı”nın tanınması ilə bağlı təsdiq etdiyi qanun layihəsinə münasibət bildirərəkən belə deyib. Türkiyənin İsrailə cavabı özünü çox da gecikdirməyib. Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq İsrail hökumətini fələstinlilərə qarşı […]

Bütün xəbərlər

Hökumət su və kanalizasiya sisteminin yenidən qurulması üçün ərəb banklarından borc götürür

Qarabağ suvarma kanalının yenidən qurulması üçün İslam İnkişaf Bankı Azərbaycan hökumətinə 436,7 milyon dollar maliyyə ayıracaq. 168 km uzunluğunda olacaq bu kanal üçün nəzərdə tutulan vəsaitin bir hissəsi kredit, bir hissəsi isə qrant şəklində ödəniləcək. Bununla bağlı iyunun 16-19-da Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik 51-ci Toplantısı çərçivəsində Azərbaycan hökuməti ilə Bank arasında kredit sazişi […]

Bütün xəbərlər

DTX Əli Kərimlinin saxlanma şəraitini sərtləşdirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanma şəraiti sərtləşdirilib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, partiya sədri ailəsi ilə görüşü zamanı özü bu haqda məlumat verib. Əli Kərimli başqa kameraya köçürüldüyünü, saxlanma rejiminin sərtləşdirildiyini və digər məhbuslara tanınan bəzi hüquqlardan məhrum edildiyini bildirib. “Onun kamerasındakı televizor söndürülüb, radio yoxdur, vəkillərinin gətirdiyi […]

Bütün xəbərlər

Dübəndi terminalından sızan neft Xəzərdə ciddi fəsadlara yol açıb

İyunun 18-də Dübəndi sahilinə gələn ailə dəhşətli mənzərə ilə qarşılaşır. Dənizdən çıxıb sahildəki qayalıqların üstündə qıvrılan, adı vaxtda açıq yaşıl rəngdə olan su ilanları qaraya boyanmışdılar.  Bu mənzərə iyunun ortalarında Dübəndi terminalından sızan neftin Xəzərdə canlılara vurduğu zərərin gözlə görülə bilinən nümunəsi idi.  “Qapqaradılar. İki balacanı silib təmizlədik. Biri də var, tamamilə mazuta bulaşıb, əsas […]

Araşdırma

Orqan al-veri: Azərbaycan vətəndaşından Keniyada böyrək aldığına görə Almaniyada cərimələndi

Almaniyanın Vaysenburq Rayon Məhkəməsinin hakimi proses zamanı deyib ki, bu iş, ona Bavariya mal-qara bazarını xatırladır. O, Sabine Fisher-Kuglerin orqan transplantasiyası ilə bağlı “MedLead” adlı broker agentliyi ilə imzaladığı müqavilə haqqında danışırdı.  “ZDF” yazır ki, 59 yaşlı böyrək xəstəsi Keniyada böyrək nəqli üçün altı rəqəmli məbləğ ödəmişdi. Donorun pul aldığını bilməli olduğunu əsas gətirən məhkəmə […]