Bütün xəbərlər

Azərbaycan hökuməti daha bir xarici xəbər satyını blokladı

Azərbaycan hökuməti OC Media-nın saytını bloklayıb. Azərbaycan da daxil olmaqla, Qafqazdan müxtəlif mövzularda məqalələr dərc edən sayta artıq ölkə daxilindən adi qaydada çıxış əldə etmək mümkün deyil. OC Media ilk dəfə oxucularının iyunun əvvəlində, yəni Azərbaycan informasiya nəzarəti sahəsində geniş səlahiyyətlərə malik yeni Milli Kibertəhlükəsizlik Agentliyinin yaradıldığı bir vaxtda sayta daxil ola bilmədiklərini öyrənib. Ölkənin […]

Bütün xəbərlər

Azərbaycanın Avropa Məhkəməsindən ayrılıq qərarı nə vəd edir?

Kürdəmir rayonunun mərkəzinə yaxın Xırdapay kəndindən Bağban kəndinə gedən yol rəqəmsal xəritədə təxminən 35 kilometr göstərir. İndi nisbətən daha yaxşı yollar və rahat avtomobillərlə gedilən bu qısa yolun üstündəki kiçik kənd əhvalatı məsafələrin daha da qısaldığı indiki dünyada bəzən böyük geosiyasi hadisələrin simvolik hekayəsinə çevrilə bilir.  İki kəndin sakinlərinin hekayəsi 2007-ci ildə davam etdirilməsi mümkün […]

Bütün xəbərlər

Azərbaycan banklarına kütləvi hücumlar olub

Azərbaycanda bank hesablarına kütləvi hücumlar qeydə alınıb. Vəkil Aqil Layıc iyunun 24-də sosial media hesabında yazıb ki, “bank kartlarına dünəndən (iyunun 23-dən) etibarən güclü kiber hücumlar var. Kartlarda məbləğlər azalır və kiber hücum nəticəsində kreditlər rəsmiləşdirilərək naməlum yönlərə göndərilir”.  Bəzi bankların müştəriləri sosial mediada bank kartlarının şəkillərini paylaşaraq hesablarından müxtəlif məbləğlərin silindiyini qeyd ediblər. Anonimlik […]

Bütün xəbərlər

Azərbaycanda karantin rejimi oktyabrın 1-dək uzadılıb

Nazirlər Kabineti bu gün xüsusi karantin rejiminin müddətini oktyabrın 1-i saat 06:00-dək uzadıb. Azərbaycan COVID-19 pandemiyasından sonra regionda quru sərhədləri rəsmi şəkildə bağlı olan yeganə ölkədir. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-də elan edilib. Karantin rejimi qaydalarına əsasən, ölkənin quru sərhədləri göstərilən tarixdən etibarən qapalıdır. Cənubi Qafqazın digər ölkələri  – Ermənistan 2020-ci ilin […]

Bütün xəbərlər

“Məni zəhərlədilər…” sonu ölümlə bitən siyasi həbsin hekayəsi  

Tanınmış informasiya texnologiyaları mütəxəssisi İlqar Əliyev ölümündən əvvəl həbsxanadan yazdığı məktublarda davamlı olaraq günahsız olduğunu və şərlənərək həbs edildiyini bildirirdi. Rəsmi olaraq narkotik maddələrin dövriyyəsində ittiham olunan mütəxəssisin həbsinin əsas motivi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə müstəqil jurnalistlərə keçdiyi təlimlər olub. Mayın 1-də “qafqazinfo.az” saytı Ədliyyə Nazirliyinə istinadən yazırdı ki, ekspert həbsxanada xəstəlik […]

Bütün xəbərlər

Aprel döyüşlərində öldürülən erməni mayor əlləri və başı kəsiləndə sağ olub

Azərbaycan hökuməti 2016-cı ilin aprel döyüşlərində separatçı “Dağlıq Qarabağ Respublikası” ordusunun mayoru Hayk Vaqani Toroyanın ölümü ilə bağlı ailəsinə 104 min avro məbləğində cərimə ödəyəcək. Məhkəmə sənədlərində Totoyanın qəddarlıqla öldürüldüyü qeyd olunur. 104 min avronun 90 mini onun atasına, anasına və bacısına mənəvi zərərə görə təyin edilib. Yerdə qalan məbləğ isə vəkil xərcləri üçün nəzərdə […]

Araşdırma

Azərbaycan Rusiyanın Ukraynaya atdığı raketlərin istehsalında iştirak edib

Müəllif: Joseph Place Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir müəssisə Rusiya istehsalı olan və “Suxoy” təyyarələrində istifadə edilən X-29TE idarəolunan raketlərinin istehsal zəncirində iştirak edib. İllərdir Rusiyanın “Suxoy” qırıcıları Ukraynanın müxtəlif şəhərlərinə raket zərbələri endirir. Hər bir raketin arxasında çoxsaylı şirkətləri, təchizatçıları və komponentləri əhatə edən mürəkkəb istehsal zənciri dayanır. “UNITED24 Media”nın əldə […]

Bütün xəbərlər

Biznes krediti faizlərinin yarısı dövlət büdcəsi hesabına ödəniləcək

Bakı və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında sahibkarlıq fəaliyyəti göstərən şəxslərin banklardan götürdükləri kreditlər üzrə faizlərin 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək. Prezident İlham Əliyevin iyunun 9-da imzaladığı fərmana görə, nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin olaraq pilot layihə kimi tətbiq ediləcək və 2030-cu il dekabrın 31-dək qüvvədə olacaq. […]

Bütün xəbərlər

Azərbaycanlı iş adamının adı Avropa Birliyinin sanskiya paketinə daxil edilib

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi 20-ci sanksiyalar paketinə Sumqayıtda qeydiyyatdan keçən “Global Ship Solutions” MMC ilə yanaşı azərbaycanlı iş adamı Tahir Qarayevin adı da daxil edilib. İyunun 15-də qəbul edilən sənəddə qeyd edilir ki, əvvəllər “Coral Energy” kimi tanınan ”2Rivers Group”un təsisçisi Tahir Qarayev geniş şəbəkə vasitəsilə Rusiyadan, əsasən də Rosneft şirkətindən aldığı və  […]

Bütün xəbərlər

Almaniyada Putin rejimini dəyişmək üçün partiya yaradıldı

“Biz sadəcə mücərrəd dəyərlər ətrafında birləşən klub və ya komitə deyilik. Partiya hakimiyyət uğrunda mübarizə alətidir. Bu gün Rusiya müxalifətində açıq şəkildə fəaliyyət göstərə biləcək strukturlar yoxdur və biz bu boşluğu tutmaq niyyətindəyik.” “Alman Dalğası” Radiosu yazır ki, bunu rusiyalı mühacir dissident İlya Yaşin Almaniyada yeni yaradılan Rusiyanın Sülhsevər Qüvvələri Partiyasını jurnalistlərə təqdim edərkən deyib. […]