Avropa İnsan Hüquqları Məhkəməsi müvəqqəti tədbirlər üçün edilən müraciətə cavab olaraq, Azərbaycan hökumətindən AXCP sədri Əli Kərimlinin səhhəti və saxlanma şəraiti barədə məlumat verilməsini istəyib.
Məlumatı İngiltərənin “Doughty Street Chambers” vəkillər kollegiyası məlumat yayıb. Məlumatı “Financial Times” nəşrinin xarici siyasət üzrə rəhbər yazarı Gideon Rachman özünün “X” hesabında “Azərbaycandan vacib və şokedici iş” təqdimatı ilə paylaşıb.
Əli Kərimlinin vəziyyəti ilə bağlı Avropa Məhkəməsinə beynəlxalq məhkəmə proseslərində onun adından çıxış edən vəkillər müraciət edib.
Avropa Şurası Parlament Assambleyasında Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədri olan almaniyalı deputat Frank Şvabe “X” hesabında Əli Kərimlinin dərhal azadlığa buraxılmasına çağırış edib.
“Əli Kərimli Azərbaycanda 300 siyasi məhbusdan biridir. Avropa İnsan Hüquqları Məhkəməsi onun sağlamlıq vəziyyəti ilə bağlı indi reaksiya verir. Ən yaxşısı onu dərhal azad etmək olardı”, – deyə Şvabe bildirib.
AXCP son 3 ay ərzində Əli Kərimlinin saxlanma şəraitinin kəskin şəkildə pisləşdiyi barədə məlumatlar yayılır.
Həmin şəxs gecələr yatmır, səs-küy salır, Əli Kərimlinin saxlandığı kameranın qarşısına gecələr səs salan xüsusi cihaz quraşdırılır, ailəsi ilə görüşə və telefon danışıqlarına qadağa qoyulub. Yemək və gigiyenik əşyalar buraxılmır.
Partiya sədrinə qarşı qeyri-insani davranış bununla bitmir. İyulun 6-da həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi tələbi ilə verdiyi şikayətinə Apellyasiya Məhkəməsinin iclasında baxılarkən Əli Kərimli dəfələrlə ona su verilməsini xahiş etsə də, ona su verilməyib və nəticədə o, huşunu itirib.
Əli Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə cinayət işi qaldırılıb.
Əli Kərimli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə birgə cinayət əməlində ittiham edilir. Eyni ittihamla cinayət işi açılan Ramiz Mehdiyev isə ev dustaqlığındadır.
Əli Kərimli ona qarşı qaldırılan iddiaları rədd edir, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əli Kərimlinin dərhal azadlığa buraxılmasını tələb edib.
