Bütün xəbərlər

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Girne məhkəməsində 9 nəfərin ölümü və 19 nəfərin itkin düşməsi ilə nəticələn gəmi qəzasına görə saxlanılan doqquz nəfərin üçü Azərbaycan vətəndaşıdır.  Sentyabrın 3-də “Filo Taşımacılık” şirkətinə aid sərnişin gəmisinin batması ilə bağlı keçirilən məhkəmə prosesində saxlanılanlar barəsində səkkiz gün müddətinə həbs qətimkan tədbiri seçilib.  Türkiyə mediası avqustun 30-da Şimali Kiprin Türkiyəyə aid Girne sahillərində 267 […]

Bütün xəbərlər

Bakıda dövlət bağçasına gedən uşağın qanında psixotrop maddə aşkarlanıb

Sentyabrın 1-də  Bakının Yasamal rayonunda 98 saylı bağçaya gedən 3 yaşlı uşağın qanında psixotrop maddə aşkarlanıb.  “Xəzər TV”nin məlumatına görə, uşağın anası Nurgül Məmmədova hadisə ilə bağlı deyib ki, övladını üç həftə əvvəl uşaq bağçasına qoyub.  İki həftə sonra uşağın hərəkətlərində qəribəlik hiss etdiyini bildirən Nurgül Məmmədovanın sözlərinə görə, tibbi analizlərin nəticəsindən sonra övladının qanında […]

Bütün xəbərlər

Köçəryanla oğlu korrupsiya ittihamıyla həbs olundu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, oğlu Sedrak Köçəryan və digər dörd nəfər çərşənbə axşamı səhər tezdən korrupsiya ittihamları ilə həbs ediliblər. Hakimiyyət orqanları Köçəryanı rüşvət almaqda və prezident vəzifəsindən sui-istifadə edərək əmlakları bazar dəyərindən qat-qat aşağı qiymətə ələ keçirməkdə ittiham edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Köçəryan və onun yaxın ətrafı qiymətli dövlət əmlaklarını […]

Bütün xəbərlər

Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib

Ötən ilin iyul-avqust aylarında Azərbaycan neftinin çirklənməsi nəticəsində yaranan maliyyə itkiləri tam açıqlanmasa da, zərərin aradan qaldırılması üçün çəkilən xərclərin bir hissəsi bəlli olub. SOCAR-ın yaydığı maliyyə hesabatında 2025-ci ildə çirklənmiş neftlə bağlı 161 milyon manat ehtiyat ayrıldığı qeyd olunub.  Amma, Azərbaycandan neft ixracını həyata keçirən “BTC Co.” şirkətinin operatoru “bp-Azərbaycan” çirklənmiş neftin təmizləməsi və […]

Bütün xəbərlər

“Toplum TV” işi üzrə həbs olunan 5 siyasi məhbus “içməli suya görə” cərimə kamerasına salınıb

Avqustun 19-da Günel Manaflı sosial media hesabında yazıb k, həbsdə olan həyat yoldaşı Ruslan İzzətli Umbakı həbsxanasında cərimə təcridxanasına (karsa) salınıb. Buna səbəb Ruslan İzzətlinin həbsxana rəhbərliyindən içməli su tələb etməsi olub.  Günel Manaflının yazdığına görə, bu məlumatı ona Ruslan İzzətli ilə eyni həbsxanada saxlanılan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal verib. Əli Zeynal Günel […]

Bütün xəbərlər

Narine Aruşanyan və həyat yoldaşı Mher Gevorqyan. Foto Lilit Şahverdyan/OC Media

Ermənistanda ayrıseçkilik, Fransada rədd cavabı: Dağlıq Qarabağ qaçqını üzləşdikləri problemlərdən danışır

2023-cü ildə Azərbaycanın hərbi əməliyyatları nəticəsində məcburi şəkildə köçürülən 120.000 Dağlıq Qarabağ ermənisi üçün xaricdə yeni vətən hissi tapmaq çətin olub, xüsusən də bir çox ölkənin tanımadığı rəsmi sənədlər səbəbindən. Narine Aruşanyanın dörd nəfərdən ibarət ailəsi ilə iki ildən çoxdur Fransanın şimalındakı Ruan şəhəri yaxınlığındakı bir kommunada həyatlarına davam etməyə çalışır. Həmin ilin noyabrında Ermənistandan […]

Bütün xəbərlər

Siyasi məhbusların yaxınları həbsxanalarda lazımi tibbi xidmətin göstərilmədiyini deyirlər 

“Toplum TV” işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edilən media mütəxəssisi Ələsgər Məmmədli 1 saylı Bakı İstintaq Təcridxanasında qidadan zəhərlənib. “Dondurucuda olmayan qidanı qəbul edib ki, o da soba yeməklərindən biri olub və yemək xarab olubmuş”, –  deyə həyat yoldaşı Günay Məmmədli Qəzetçi-yə bildirib. Günay Məmmədli deyib ki, məhbus sayı çox olduğundan qidaların hamısını […]

Bütün xəbərlər

Azərbaycanla Ermənistan arasında 8 avqust sazişindən sonra hansı əlaqələr yaranıb?

Avqustun 11-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində TRIPP layihəsinin reallaşması üçün Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu deyib.  Naxçıvan Muxtar Respublikasına səfər edən İlham Əliyev bu istiqamət üzrə dəmir yolunun tikintisinin də sürətlə irəlilədiyini bildirib. “Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum […]

Bütün xəbərlər

Azərbaycanlı iş adamının Ukraynada 700 min ABŞ dolları dəyərində əmlakına həbs qoyulub

Kyiv şəhərinin Peçersk rayon prokurorunun vəsatəti əsasında Rusiya vətəndaşı olan iş adamına məxsus dəyəri 700 min ABŞ dolları məbləğində olan daşınmaz əmlaka həbs qoyularaq  Aktivlərin Axtarışı və İdarə Edilməsi Agentliyinin idarəçiliyinə verilib.  Ukraynanın Baş Prokurorluğunun rəsmi internet səhifəsində yer alan məlumatda Rusiyadan olan iş adamının adı çəkilməsə də, həmin şəxsin sanksiyalar altında olan Rusiya neftini […]

Bütün xəbərlər

Biləsuvarda sahibsiz itlərin güllələndiyi deyilir

“İki gündür gecələr Biləsuvar şəhərində sahibsiz itləri güllələyirlər. İcra başçısının göstərişi ilə ov tüfəngləri ilə silahlanmış xüsusi dəstə iki gecədə azı 15 it öldürüb”. Anonimlik şərtilə avqustun 8-də Qəzetçi-yə məlumat verən Biləsuvar sakini iddia edib ki, itləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları rayon icra hakimiyyətinin göstərişilə öldürüb.  “İtləri icra başçısının göstərişi ilə […]