Category: Bütün xəbərlər
Bütün xəbərlər
Azərbaycanla Türkiyə məhbus sayına görə Avropa regionunda liderlik edir
Azərbaycan 2025-ci ilə Avropa Şurasına üzv dövlətlər arasında məhbus sayına görə liderlik edən iki ölkədən biridir. Mayın 19-da Avropa Şurasının Lozanna Universiteti ilə birlikdə yaydığı hesabata görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 271 məhbus düşüb. Bu göstəriciyə görə, Azərbaycan ancaq qonşu Türkiyədən (458 məhbus) geri qalır. Cənubi Qafqaz regionuna gəlincə, Gürcüstan analoji metodologiyaya görə, […]
Bütün xəbərlər
Böyük Britaniya “Lotu Quli”nin qardaşına sanksiya qoyub
Böyük Britaniya mayın 11-də İran hökuməti adından planlaşdırılan hücumlara görə dörd şəxsə sanksiya tətbiq edib. Onlardan biri də “Lotu Quli” kimi tanınan mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Səlifovdur. Britaniya Xarici İşlər Nazirliyinin mayın 14-də yaydığı məlumatda bildirilir ki, Namiq Səlifovun Böyük Britaniya ərazisində olan əmlakları dondurulub, özünün isə ölkəyə girişinə qadağa qoyulub. Onun […]
Bütün xəbərlər
SOCAR adı korrupsiyada hallanan keçmiş naziri İtaliyadakı şirkətin direktoru təyin edib
Azərbaycanın dövlət neft şirkəti SOCAR İtaliyanın “API Holding”dən aldığı “Italiana Petroli” şirkətinə yeni baş icraçı direktor təyin edib. “Policy Maker” yazır ki, söhbət Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvilidən gedir. Levan Davitaşvili 2021-ci ildən 2025-ci ilədək Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifələrində çalışıb. O, nazir postunu tərk edəndən sonra 2025-ci ilin […]
Bütün xəbərlər
Rusiya vətəndaşlığı vədi ilə “Vaqner”ə qoşulan azərbaycanlı 5 il azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsi “Vaqner” qanunsuz silahlı birləşməsində iştirak etməkdə təqsirləndirilən Yevlax sakini barədə hökm çıxarıb. Qəzetçi-nin əldə etdiyi məhkəmə hökmündə qeyd olunur ki, təqsirləndirilən şəxs Real Nəbiyev 2022–2023-cü illərdə Rusiya ərazisindən keçərək Ukraynanın Donetsk vilayətinin Bahmut şəhərində “Vaqner” qruplaşmasının tərkibində döyüşlərdə iştirak edib. Azərbaycan qanunvericiliyilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələriylə (CM […]
Bütün xəbərlər
Deren Derya: “Əliyevin Avropa Parlamenti haqqında dediklərinin cavabı yerindəcə verilib”
Mayın 7-də Avropa Parlamentinin insan haqları alt komitəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilib. Bu müzakirələr Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələrin dayandırılması ilə bağlı verdiyi qərardan bir həftə sonraya təsadüf edir. Dinləmələrdə Avropa Birliyinin Azərbaycanla iqtisadi münasibətlərinin fonunda hüquq müdafiəçiləri və müstəqil mediaya qarşı basqılar, eləcə də 2025-ci ilin dekabrında Bəhruz […]
Bütün xəbərlər
Qazilərin müdafiəçisinə 2 il 6 ay həbs cəzası verildi
Mayın 6-da “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Tovuz Rayon Məhkəməsinin qərarıyla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ötən il martın 31-də saxlanılan Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunub. O, ittihamları qəbul etməyib, həbsi motivinin müharibə veteranlarına göstərdiyi dəstəklə bağlı olduğunu […]
Bütün xəbərlər
Makron erməni məhbuslar məsələsini Əliyevlə danışacağını deyib
Emmanuel Makron Azərbaycanda həbsdə olan erməni əsilli məhbusların məsələsini Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək. “Armenpress” yazır ki, bunu mayın 5-də “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitinin nəticələrinə həsr olunmuş brifinqdə Fransa Prezidenti özü deyib. “Əvvəlcə Ermənistan Prezidenti və Ermənistanın Baş naziri ilə müzakirələr aparacağam, bundan sonra isə Prezident Əliyevə zəng edəcəm və ya birbaşa […]
Bütün xəbərlər
Erməni məhbuslar Umbakıda digər məhbuslardan ayrı saxlanılırlar
Azərbaycan keçmiş Dağlıq Qarabağ rəsmiləri də daxil olmaqla, 19 erməni məhbusun hamısını Umbaki həbsxanasına yerləşdirib. Azadlıq Radiosu çərşənbə axşamı bildirib ki, məhbuslar Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasından Umbakıyə köçürülüb. Radio erməni məhbusların Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi Siranuş Saakyana istinadən yazıb ki, məhbusların 3-ü 2023-cü ildən bəri cəzasını Umbakıda çəkir. “Üç nəfər artıq 2023-cü ildən bəri […]
Bütün xəbərlər
Hökumət yüzlərlə subasan evi kompensasiyadan kənarda saxladı
Bakıda subasmadan sonra ancaq Keşlədə yerləşən 61 fərdi yaşayış evinin təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. M.Ə.Sabir və B. Mirzəyev küçələrində yerləşən bu evlərin sakinlərinə 3 aylıq kirayə haqqı ödəniləcək, yararsız hala düşən məişət əşyalarına görə maddi yardım veriləcək. Aprelin 28-də Prezident İlham Əliyevin imzalandığı sərəncama əlavədə belə deyilir. Prezident Bakı və Abşeron rayonu, eləcə […]
Təhsil
Təhsil Nazirliyi 39 təhsil müəssisəsində “13-cü ay üzrə” internet xərci ödəyib
Hesablama Palatası Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyəti üzrə apardığı audit zamanı ADSL-ə qoşulan 39 təhsil müəssisəsi üzrə 12 ay əvəzinə 13 aya görə internet haqqı ödənilməsi səbəbindən artıq ödəniş aşkar edib. Palatanın auditi Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən alınmış 8,5 milyon manat dəyərində kompüter, printer və digər bu kimi avadanlıqları […]
