Bütün xəbərlər

Milli Mətbuat Günü, yoxsa Arzu Əliyevanın Media Mərkəzi, Mirşahinin “REAL TV”si və ya nüsxəsi dövlətə 89 manata başqa gələn “İqtisadiyyat” qəzeti?

Hər il iyulun 22-də ölkə mediası Həsən bəy Zərdabinin işığına toplaşır, ilk qəzetin nəşr olunmasının şərəfinə məclislər təşkil edilir. “Əkinçi” qəzetinin Azərbaycan mətbuat tarixindəki rolu, maarifçilik ənənələri haqqında uzun-uzadı cümlələr qurulur. Amma reallıqda 151 il ərzində Azərbaycan mediasının keçdiyi şərəfli yol propaqanda və yalanın piar mexanizminə çevrilib. Bugünkü media nə maarifçilik platformasıdır, nə də obyektiv […]

Bütün xəbərlər

Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb”. Bu barədə Qəzetçi-yə siyasi məhbus Bəxtiyar Hacıyev yaxınları vasitəsilə məlumat verib. 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəal Avropa Komissiyasının rəhbərinin iyulun 1-də Bakıya səfərindən əvvəl ona müraciət edərək İlham Əliyevlə görüşdə siyasi məhbus məsələsini qaldırmasını xahiş edib. “Ursula fon […]

Bütün xəbərlər

Dövlət Neft Fondunun tranzit gəlirləri sıfırlanır

Azərbaycan ərazisindən tranzit olunan neftə görə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar kəskin azalıb. Fondun “neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər”i 2020-ci ildə 20,3 milyon manat olduğu halda, 2025-ci ildə cəmi 14,4 min manata düşüb. Ümumilikdə, son beş ilin göstəricilərinə nəzər saldıqda görünür ki, ARDNF-in bu istiqamətdə daxilolmaları 2023-cü ildə […]

Bütün xəbərlər

Azərbaycan Fransaya qarşı müstəmləkə tənqidi təcrübəsini Rusiyaya tətbiq etməyə başlayıb

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində tanınmış jurnalist Dmitri Qordonun sualını cavablandıran Prezident  İlham Əliyev Ukraynaya işğalla barışmamağı tövsiyə edib. “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Mən […]

Hüquq

Gimnastlara zorakılıq edən keçmiş treynerə Atletika Federasiyasında vəzifə verildi

Ötən il gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva yeni vəzifəyə təyin olunub. “gununsesi.info” yazır ki, Vasileva Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun əmri ilə federasiyaya icraçı direktor təyin olunub. Mariana Vasileva 2021-ci ildə nazir müavini təyin olanana qədər Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnasika Federasiyasında baş məşqçi idi. 2024-cü […]

Araşdırma

Dövlətin resursları prezidentin nəvələrinə sərf olunur

Dövlətin resursları prezident İlham Əliyevin nəvələrinin şəxsi maraqları üçün istifadə edilir. Söhbət Emin Ağalarovla Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovdan gedir.  Həm 2025-ci ilin oktyabrında, həm də bu ilin iyulunda Ağalarov qardaşları Bakıdakı özəl biznes obyektlərinin açılışına Prezident Administrasiyasının xidməti avtomobillərində gəliblər.   Bunlar “10-PA-028”, “10-PM-086” və “10-PA-031” nömrə nişanlı minik avromobilləri olublar. Həmin avtomobillərinin […]

Bütün xəbərlər

Xəzər Dəniz Gəmiçiliyi SOCAR-ın 70 milyon manata yaxın “ümidsiz borc”unu silib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ili böyük ziyanla başa vurub. 2024-cü ili 14,5 milyon manat xalis mənfəətlə qapadan gəmiçilik nəhəngi, 2025-ci ildə 17,5 milyon manat xalis zərərə düşüb. ASCO-nun idarəçiliyi  2024-ci il noyabrın 7-dən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib. Müəssisənin ötən ilə dair maliyyə hesabatından görünür ki, dövlət şirkəti gəlirlərini əvvəlki […]

Bütün xəbərlər

“Sea Breeze”in İsrailin futbol klubuna sponsorluğu bir il sonra üzə çıxıb

Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovla  İsrailin “Makkabi Netanya” futbol klubu arasında sponsorluq razılaşması son günlərdə ictimailəşdirilsə də, əslində, müqavilə bir il əvvəl imzalanıb.  2025-ci il avqustun 17-də klubun rəsmi sosial media hesablarında yayılan məlumatda yeni sponsorun Azərbaycanda istirahət layihələrinin təşəbbüskarı və marketinqi ilə məşğul olan “Sea Breeze Resort and Residences” şirkətinin olduğu bildirilib. […]

Bütün xəbərlər

Macarıstanın dövlət kanalı yaydığı yalan məlumatlara görə üzr istədi, bəs AzTV? 

Macarıstanın dövlət televiziyası M1 uzun illər yalan məlumatlar yaydığına görə, macarlardan üzr üstəyib və yayımını müvəqqəti dayandırıb.  Keçmiş hakimiyyətin təsiri altına düşdüyünü açıq-aydın bəyan edən media qurumu hökumət təbliğatının yer almadığı yeni formatda fəaliyyətə başlayacağını bəyan edib. M1 telekanalının efirində qara fonda “İctimai televiziya yalan danışa bilməz. Uzun illər bunu etdiyimiz üçün üzr istəyirik” yazılıb. […]

Bütün xəbərlər

Avropa İttifaqı Ermənistan məhsullarının 80 faizini rüsumdan azad edəcək

Avropa Komissiyasının sədri Ursula von der Leyen iyunun 2-də Yerevana səfəri zamanı deyib ki, Avropa Birliyi Rusiyanın qadağan etdiyi Ermənistan məhsullarına qapı açacaq. Ermənistana təklif olunan yeni ticarət təklifləri Avropaya ixrac olunan məhsullara tətbiq edilən rüsumlara da əhəmiyyətli güzəştlər nəzərdə tutur.    “Muxtar Ticarət Tədbirləri üçün təkliflər Ermənistanın Avropa İttifaqına ixracının demək olar ki, 80%-ni liberallaşdıracaq. Bu […]