Category: Bütün xəbərlər
Siyasət
Ermənistanın Xarici Kəşfiyyat Xidməti Bəhruz Səmədovla bağlı təkzib verdi
Ermənistanın Xarici Kəşfiyyat Xidməti Azərbaycanda dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilən tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovla əlaqələrinə dair ittihamları təkzib edib. “OC-Media“ yazır ki, bu açıqlama ermənistanlı jurnalist Jirar Vaskanyanın ötən həftə öz ölkəsinin Kəşfiyyat Xidmətinə göndərdiyi sorğusuna cavabda bildirilib. „Azərbaycan vətəndaşları da daxil, sorğuda adı çəkilən şəxslərlə hər hansı bir […]
Hüquq
Azərbaycan Avropa Məhkəməsinə göndərilən şikayətlərə görə 8-ci yerdədir
Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı baxılan işlərin sayı 2180-ə çatıb. Avropa Məhkəməsinin 2025-ci il üzrə yaydığı hesabatda yazılıb ki, Azərbaycan bu göstəriciyə görə, şikayətlər göndərilən ölkələr arasında 8-ci yerdə qərarlaşıb. Ən çox şikayət göndərilən ölkələrin ilk üçlüyündə isə Türkiyə (18464), Rusiya (7177), Ukrayna (4004) liderlik edir. Hazırda Məhkəmənin icraatında 53450 iş var. Bu göstərici […]
Araşdırma
Almaniyalı keçmiş deputat Azərbaycandan rüşvət aldığına görə cəzalandırıldı
Foto:dpa/Malin Wunderlich Almaniya parlamentinin AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Aksel Fişer Azərbaycan hökumətindən rüşvət aldığına görə cəzalandırılıb. Münhen Ali Reguonal Məhkəməsi Fişerə 14 ay həbs cəzası verib. Hökm şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. 3 illik probasiya dövründə o qanunun tələblərinə əməl edəcəyi halda həbsxanaya göndərilməyəcək. Hökmə görə, sabiq deputat həm də xeyriyyə fondlarından birinə […]
Ekologiya
Azərbaycanda adambaşına 6,5 ton karbon tullantısı düşür
2023-cü ildə Azərbaycanda istixana qazlarının illik ümumi emissiyası 66 mln. ton olub. Bu göstərici 2010-cu illə müqayisədə 43,5 faiz, 2022-ci illə müqayisədə 11,7 faiz artıb. Dövlət Statistika Komitəsinin ötən ilin dekabrında dərc etdiyi Dayanıqlı İnkişaf məqsədləri icmalında qeyd edilib ki, iki il əvvəl ölkədə adambaşına 6,6 ton karbon tullantısı düşüb. COP-29 ərəfəsində yaradılan “İqlim Ədaləti” […]
Rəy
Erməni məhbusların qaytarılması: humanizm, yoxsa…
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib. Onlar arasında Azərbaycanda ən məhşuru Xaçaturyan Vaqif Çerkezi idi. O, Cinayət Məcəlləsinin 2 maddəsilə – soyqırımı və əhalini deportasiya etmə və ya məcbur etmədə təqsirli bilinirdi. Bu maddələrlə 15 il azadlıqdan məhrum edilmişdi. Xaçaturyanın məhkəməsində ifadə verən şahidlər onun və dəstəsinin insanları diri-diri yandırdıqlarını deyirdilər. Həmçinin insanların girov […]
Hüquq
Heydər Əliyevin heykəlinə „Stalin“ yazan AXCP fəalı həbsxanada ölü tapılıb
Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus Elbəyi Kərimli 2 saylı Cəzaçəkmə Müəssisəsində müəmmalı şəkildə ölü tapılıb. AXCP-dən “Qazetçi”yə verilən məlumata görə, mərhumun cəsədi saxlanıldığı həbsxananın tibb məntəqəsində asılı halda aşkarlanıb. Rəsmi açıqlamada Elbəyi Kərimlinin intihar etdiyi iddia olunur. Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Elbəyi […]
Hüquq
Avropa Məhkəməsi Azərbaycana qarşı „Pegasus“ casus proqramı işini araşdırmağa başlayıb
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə qarşı “Pegasus” casus proqramı işi ilə bağlı şikayətləri araşdırmağa başlayıb. Bu haqda vəkil Fariz Namazlı feysbuk səhifəsində məlumat yayıb. 2021-ci ildə “Amnesty International”, “Forbidden Stories” və “OCCRP” 50 000-dək mobil telefon nömrələrini araşdırarkən məlum olmuşdu ki, İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” proqramı Azərbaycandan olan 1 000-dək şəxsin telefonuna […]
Hüquq
İsveçrə blogger Manaf Cəlilzadəni Azərbaycana göndərməkdən imtina etdi
İsveçrənin Federal Ədliyyə Nazirliyi Baş Prokurorluğun blogger Manaf Cəlilzadənin Azərbaycana ekstradisiyası barədə tələbini rədd edib. Bu barədə “Qəzetçi”yə Manaf Cəlilzadənin özü məlumat verib. 2025-ci il fevralın 27-də Baş Prokurorluq bloggerin Azərbaycana göndərilməsilə bağlı İsveçrə hökumətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunurdu ki, Manaf Cəlilzadə dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur. Federal Ədliyyə Nazirliyi müstəqil hökumət […]
Bütün xəbərlər
DSX-nın 5 aylıq əsgəri hərbi xidmət zamanı gülləylə qətlə yetirilib
Dövlət Sərhəd Xidmətinin Yardımlıda yerləşən “N” saylı hərbi hissəsində qətl törədilib. Dekabrın 4-də Şamaxı rayonunun Quşçu kənd sakini Gülalıyev Əlikərim Qismət oğlu başının sağ yan nahiyəsindən güllə ilə vurulub.Ailəsinə hadisənin təfərrüatı haqqında məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırma aparılır. Gülalıyevlər 18 yaşlı Əlikərimi bu il iyulun 2-də hərbi xidmətə yola […]
Hərbi
İxtisarlar gözlənilir: NK hərbçilərin işdən çıxarılma pullarını 50% azaldıb
2026-cı ilin yanvarından etibarən güc strukturlarında – Gömrük Komitəsində, Miqrasiya və Vergi Xidmətlərində, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyində kütləvi ixtisarlar gözlənilir. “Qəzetçi”yə danışan mənbələr bu ixtisarların əsasən aşağı komandir heyəti arasında aparılacağını bildiriblər. “Mərhələli şəkildə mülki şəxslərin 30 faizinin ixtisar edilməsi planlaşdırılır. Güc nazirliklərində əsasən aşağı komandir heyəti – gizir […]
