Bütün xəbərlər

Azərbaycan Türkiyədən 500 milyon dollar dəyərində silah-sursat alacaq

Azərbaycan Türkiyədən ümumi dəyəri 500 milyon dollar olan müxtəlif növ silahlar alacaq. “Anadolu” Xəbər Agentliyi Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgünə istinadən yazıb ki, müqavilələr Bakıda keçirilən ADEX 2026 – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.  Haluk Görgün Azərbaycanın Türkiyədən 14 ədəd “HÜRKUŞ-II” təlim-zərbə təyyarələri və müxtəlif təyinatlı müdafiə sistemlərinin tədarükü ilə […]

Bütün xəbərlər

SOCAR İtaliya milli futbol komandalarının sponsoru oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın kişi və qadın milli futbol komandalarına 4 il müddətinə sponsorluq edəcək. Dövlət Neft Şirkətini yaydığı məlumata görə, bununla bağlı İtaliya Futbol Federasiyası (FIGC) ilə SOCAR arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb.  Müqaviləyə əsasən, SOCAR 2027-ci il yanvarın 1-dən 2030-cu il dekabrın 31-dək İtaliyanın kişi və qadın milli futbol komandalarının […]

Bütün xəbərlər

Sanksiyalara baxmayaraq Rusiyadan Azərbaycana pul köçürmələri 67,3 faiz artıb

“Zolotaya Korona”nın Azərbaycanda fəaliyyətini dayandırması və Rusiyaya qarşı beynəlxalq sanksiyaların davam etməsi fonunda Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 67,3 faiz artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk yarısında Rusiyadan fiziki şəxslərin Azərbaycana pul köçürmələri 356,6 milyon dollara qədər yüksəlib. Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra ilk dəfə bu ölkədən Azərbaycana pul köçürmələrində artım […]

Bütün xəbərlər

Foto: Etibar Eyyub

Tramp administrasiyası sanksiyalara salınan azərbaycanlılara məxsus neft şirkətinə güzəşt edib

Rusiyanın “kölgə donanması”nda əhəmiyyətli yer alan Azərbaycan vətəndaşları tərəfindən yaradılan “2Rivers Group” və İran əsilli Şamxani ailəsinə məxsus “Wellbred Capital Pte Ltd” şirkətinə Tramp administrasiyası sanksiyalardan yayınmaq üçün güzəşt edib. Bu iddia ilə “Bloomberg” nəşri çıxış edib. Araşdırmada Rusiya və İran neftini sanksiyalardan yayındıraraq qanunsuz yollarla satışını həyata keçirən “2Rivers Group” və  “Wellbred Capital Pte […]

Bütün xəbərlər

Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib

Ötən ilin iyul-avqust aylarında Azərbaycan neftinin çirklənməsi nəticəsində yaranan maliyyə itkiləri tam açıqlanmasa da, zərərin aradan qaldırılması üçün çəkilən xərclərin bir hissəsi bəlli olub. SOCAR-ın yaydığı maliyyə hesabatında 2025-ci ildə çirklənmiş neftlə bağlı 161 milyon manat ehtiyat ayrıldığı qeyd olunub.  Amma, Azərbaycandan neft ixracını həyata keçirən “BTC Co.” şirkətinin operatoru “bp-Azərbaycan” çirklənmiş neftin təmizləməsi və […]

Bütün xəbərlər

Azərbaycanlı iş adamının Ukraynada 700 min ABŞ dolları dəyərində əmlakına həbs qoyulub

Kyiv şəhərinin Peçersk rayon prokurorunun vəsatəti əsasında Rusiya vətəndaşı olan iş adamına məxsus dəyəri 700 min ABŞ dolları məbləğində olan daşınmaz əmlaka həbs qoyularaq  Aktivlərin Axtarışı və İdarə Edilməsi Agentliyinin idarəçiliyinə verilib.  Ukraynanın Baş Prokurorluğunun rəsmi internet səhifəsində yer alan məlumatda Rusiyadan olan iş adamının adı çəkilməsə də, həmin şəxsin sanksiyalar altında olan Rusiya neftini […]

İqtisadiyyat

Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistan prezidentləri İssık-Kulda “Baku Resort & Spa” mehmanxanasının açılış lentini kəsirlər. Foto president.az

Azərbaycanın İssık-Kulda 200 milyon manata tikdiyi otelin qeyri-şəffaf tərəfləri

Azərbaycan hökumətinin Qırğızıstanda dövlət investisiyası hesabına inşa etdirdiyi beşulduzlu “Baku Resort & Spa” mehmanxanasına xərclənən vəsait açıqlanmasa da, bu layihə dövlət budcəsinə elə də ucuz başa gəlməyib. Qırğızıstan Prezidentinin Əmlakın İdarə Edilməsi Departamenti rəhbərinin müavini Talantbek Cunuşev hələ 3 il əvvəl qanun layihəsi parlamentdə müzakirə olunanda bildirmişdi ki, otel kompleksinin dəyəri 8-10 milyard som, yəni […]

Bütün xəbərlər

Dövlət Neft Fondunun tranzit gəlirləri sıfırlanır

Azərbaycan ərazisindən tranzit olunan neftə görə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar kəskin azalıb. Fondun “neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər”i 2020-ci ildə 20,3 milyon manat olduğu halda, 2025-ci ildə cəmi 14,4 min manata düşüb. Ümumilikdə, son beş ilin göstəricilərinə nəzər saldıqda görünür ki, ARDNF-in bu istiqamətdə daxilolmaları 2023-cü ildə […]

Bütün xəbərlər

Xəzər Dəniz Gəmiçiliyi SOCAR-ın 70 milyon manata yaxın “ümidsiz borc”unu silib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ili böyük ziyanla başa vurub. 2024-cü ili 14,5 milyon manat xalis mənfəətlə qapadan gəmiçilik nəhəngi, 2025-ci ildə 17,5 milyon manat xalis zərərə düşüb. ASCO-nun idarəçiliyi  2024-ci il noyabrın 7-dən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib. Müəssisənin ötən ilə dair maliyyə hesabatından görünür ki, dövlət şirkəti gəlirlərini əvvəlki […]

Bütün xəbərlər

Hökumət su və kanalizasiya sisteminin yenidən qurulması üçün ərəb banklarından borc götürür

Qarabağ suvarma kanalının yenidən qurulması üçün İslam İnkişaf Bankı Azərbaycan hökumətinə 436,7 milyon dollar maliyyə ayıracaq. 168 km uzunluğunda olacaq bu kanal üçün nəzərdə tutulan vəsaitin bir hissəsi kredit, bir hissəsi isə qrant şəklində ödəniləcək. Bununla bağlı iyunun 16-19-da Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik 51-ci Toplantısı çərçivəsində Azərbaycan hökuməti ilə Bank arasında kredit sazişi […]