Bütün xəbərlər

Azərbaycan banklarına kütləvi hücumlar olub

Azərbaycanda bank hesablarına kütləvi hücumlar qeydə alınıb. Vəkil Aqil Layıc iyunun 24-də sosial media hesabında yazıb ki, “bank kartlarına dünəndən (iyunun 23-dən) etibarən güclü kiber hücumlar var. Kartlarda məbləğlər azalır və kiber hücum nəticəsində kreditlər rəsmiləşdirilərək naməlum yönlərə göndərilir”.  Bəzi bankların müştəriləri sosial mediada bank kartlarının şəkillərini paylaşaraq hesablarından müxtəlif məbləğlərin silindiyini qeyd ediblər. Anonimlik […]

Bütün xəbərlər

Biznes krediti faizlərinin yarısı dövlət büdcəsi hesabına ödəniləcək

Bakı və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında sahibkarlıq fəaliyyəti göstərən şəxslərin banklardan götürdükləri kreditlər üzrə faizlərin 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək. Prezident İlham Əliyevin iyunun 9-da imzaladığı fərmana görə, nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin olaraq pilot layihə kimi tətbiq ediləcək və 2030-cu il dekabrın 31-dək qüvvədə olacaq. […]

Bütün xəbərlər

Azərbaycanlı iş adamının adı Avropa Birliyinin sanskiya paketinə daxil edilib

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi 20-ci sanksiyalar paketinə Sumqayıtda qeydiyyatdan keçən “Global Ship Solutions” MMC ilə yanaşı azərbaycanlı iş adamı Tahir Qarayevin adı da daxil edilib. İyunun 15-də qəbul edilən sənəddə qeyd edilir ki, əvvəllər “Coral Energy” kimi tanınan ”2Rivers Group”un təsisçisi Tahir Qarayev geniş şəbəkə vasitəsilə Rusiyadan, əsasən də Rosneft şirkətindən aldığı və  […]

Bütün xəbərlər

Azərbaycanın neft gəlirləri iki dəfədən çox aşağı düşüb

2019-cu ildən bəri Azərbaycanda neft ixracının həcmi 25 faiz azalıb. Hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, Dövlət Neft Fondunun neftdən əldə edilən gəlirlər də iki dəfədən çox aşağı düşüb. Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-aprel aylarında 12 milyon ton neft ixrac edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 7,9 milyon ton təşkil […]

Bütün xəbərlər

Şuşaya gedən ödənişli yolun tarifləri açıqlandı

Tarif Şurası Şuşa şəhərini birləşdirən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli hissəsi üzrə tariflər açıqlanıb. İyunun 2-dən uzunluğu 81,7 km olan yolun ödənişli hissəsinə düşən 81,3 km-lik məsafə üçün aşağıdakı tariflər müəyyən edilib: 2025-ci ilin iyulunda istifadəyə verilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli olması ilə bağlı qərarı Nazirlər Kabineti bu il aprelin 1-də qəbul edib. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan […]

Bütün xəbərlər

SOCAR adı korrupsiyada hallanan keçmiş naziri İtaliyadakı şirkətin direktoru təyin edib

Azərbaycanın dövlət neft şirkəti SOCAR İtaliyanın “API Holding”dən aldığı “Italiana Petroli” şirkətinə yeni baş icraçı direktor təyin edib. “Policy Maker” yazır ki, söhbət Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvilidən gedir. Levan Davitaşvili 2021-ci ildən 2025-ci ilədək Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifələrində çalışıb. O, nazir postunu tərk edəndən sonra 2025-ci ilin […]

Bütün xəbərlər

Hökumət yüzlərlə subasan evi kompensasiyadan kənarda saxladı

Bakıda subasmadan sonra ancaq Keşlədə yerləşən 61 fərdi yaşayış evinin təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. M.Ə.Sabir və B. Mirzəyev küçələrində yerləşən bu evlərin sakinlərinə 3 aylıq kirayə haqqı ödəniləcək, yararsız hala düşən məişət əşyalarına görə maddi yardım veriləcək. Aprelin 28-də Prezident İlham Əliyevin imzalandığı sərəncama əlavədə belə deyilir. Prezident Bakı və Abşeron rayonu, eləcə […]

Bütün xəbərlər

Avropa İttifaqı „Yelo Bank”a sanksiya tətbiq etdi, SOCAR-ın üzərinə isə öhdəlik qoydu

Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” aprelin 23-də Avropa İttifaqı Komissiyasının Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilib. Azərbaycan Dövlət Neft Şirkətinin üzərinə isə Rusiyanı sanksiyalardan yayındırmağa kömək etməyəcəyinə dair öhdəlik qoyub.  Budəfəki sanksiya paketi Rusiya iqtisadiyyatını və sənayesini dəstəkləyən, yaxud Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərərək Ukraynanın ərazi bütövlüyünü pozan, yaxud Rusiya silahlı qüvvələrindəki hərbi qulluqçulara […]

Bütün xəbərlər

Narışkin Əliyevə zəng edəndən sonra məni Azərbaycandan buraxdılar

Martın 2-də Bakı Ağır Cinayətlər məhkəmsinin 15 il qiyabi  həbs hökmü verdiyi  “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin milyonlarla dəyəri olan əmlakı müsadirə olunub.  “Qafqazinfo” yazıb ki, iş adamına məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən qeyri-yaşayış binası, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzilləri, eləcə də torpaq sahəsi, Yasamal rayonu Mətbuat […]

İqtisadiyyat

SOCAR Rusiyaya bağlı Macarıstan şirkətinə neft yatağı verib

Azərbaycan Dövlət Neft Şirkəti ilə Macarıstanın “MOL Group” şirkəti arasında Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb. SOCAR-ın yaydığı məlumata görə, sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəflə “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Zsolt Hernádi imzalayıb. Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65%, SOCAR isə 35% paya malikdir. […]