Category: Hüquq
Bütün xəbərlər
Rusiya vətəndaşı olan talış fəal məhkəmədə Azərbaycanın ona saxta şəxsiyyət vəsiqəsi çıxardığını bildirib
Noyabrın 18-də talış fəal Cahid Kamal İsayevin Bakı Apellyasiya Məhkəməsində ona qarşı verilən hökmdən şikayəti üzrə hazırlıq iclası keçirilib. Bu haqda Qəzetçi-yə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat verib. Cahid Kamal İsayev sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, dövlət əleyhinə yönələn açıq çağırışların qabaqcadan […]
Bütün xəbərlər
Hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Noyabrın 19-da “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlıya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə həbs cəzası kəsilib. “QHT işi” çərçivəsində həbs olunan Bəşir Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunurdu. Bəşir Süleymanlının vəkili Elçin Sadıqov proses zamanı irəli sürülən ittihamların əsassız olduğunu bildirərərək ona bəraət […]
Bütün xəbərlər
Sumqayıt Təmizlik Departamentinin işçiləri 1 aydan çoxdur əmək haqlarını ala bilmirlər
Sumqayıt Şəhər İcra Hakimiyyətininin nəzdində olan Təmizlik Departamentinin işçiləri oktyabr ayının maaşını hələ də ala bilmədiklərini deyirlər. Bir neçə gün öncə sosial mediada yayılan görüntülərdə işçilər yerli İcra Hakimiyyətinə gedərək maaşlarının gecikdirilməsinə etiraz ediblər. Bundan sonra onların bir hissəsinə aylıq əmək haqları ödənilib. Maaşlarını ala bilməyən işçilərdən biri Qəzetçi-yə bildirib ki, problemləri tək məvaciblərinin verilməməsilə […]
Bütün xəbərlər
Talış mədəniyyətinin tədqiqatçısı 1 il müddətinə qapalı həbsxanaya göndərilib
Talış mədəniyyətinin tədqiqatçısı İqbal Əbilov cəzasının 1 il müddətini qapalı tipli cəzaçəkmə müəssisəsində keçirəcək. Onun Hüquqlarının Müdafiə Komitəsinin yaydığı məlumata görə, bu qərar noyanrın 2-də Qaradağ Rayon Məhkəməsi verib. Qərar Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin İqbal Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi ilə bağlı verdiyi təqdimat əsasında çıxarılıb. Hakim Teymur Qurbanovun sədrliyi […]
Bütün xəbərlər
SOCAR və tabeliyindəki müəssisələr iş qəzalarını necə gizlədir?
2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin Nəsimi rayon Qəza-Bərpa İdarəsindən elektrik qaynaqçısı olan Novruz Qəmbərovla həmkarlarına Qaqarin körpüsünün altından keçən qaz xətlərini ləğv etmək tapşırığı verilib. Amma martın 16-da iş prosesində baş verən partlayış nəticəsində o başından ağır xəsarət alıb. “500-lük xəttin üzərində 150-lik xətləri ləğv elədim, onun yerinə yamaq qoymalı idim. Qalın detal, 6-lıq dəmir […]
Bütün xəbərlər
Ölkədən çıxışına qadağa qoyulan fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir
Oktyabrın 26-da Bakı Şəhər Baş Polis İdarəsindən ictimai fəal Sara Rəhimovaya zəng olunaraq idarəyə gəlməli olduğu deyilib. Bu haqda Qəzetçi-yə Sara Rəhimova özü məlumat verib. “Getməyəcəm, çünki gün təyin olunmayıb. Mənim ölkədən çıxış qadağası ilə bağlı müraciətim olub, işə də orada baxılmalı idi, amma onlar işi Səbail Rayon Polis İdarəsinə göndəriblər. Səbəbini də bilmirəm”, – […]
Bütün xəbərlər
“Hicab vasitəsilə təhsilə qoyulan məhdudiyyətləri qaldırın, etirazçıları isə azad edin”
Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” disktiminativ hicab məhdudiyyəti vasitəsilə Azərbaycan məktəblərində təhsilə qoyulan qadağanı və bu qadağaya etiraz edənlərin polis tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters məktəblərdə hicab qadağasına qarşı dinc etiraz edən fəalların saxlanılması, həmçinin geyim qaydalarından zərər çəkən qızlar üçün pulsuz onlayn dərslər […]
Bütün xəbərlər
Fazil Qasımov ittiham aktında müstəntiq Yusif Yusifovun 4 saxta protokol tərtib etdiyini üzə çıxarıb
İstanbul Universitetinin doktorantı, həbsdə olan iqtisadçı Fazil Qasımovun ailə üzvləri onun ittiham aktında rast gəldiyi saxtakarlıqlarla bağlı yazdığı məktubu Qəzetci-yə təqdim ediblər. Fazil Qasımov Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək 2023-cü ilin avqustunda İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma maddələrilə ittiham irəli sürülüb. O, […]
Bütün xəbərlər
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə günahlandırılan Ermənistan vətəndaşı həbs edilib
Tbilisidə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. “Aktual.ge”nin ictimai vəkil Teona Peraadzeyə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs 40 yaşlarında olan Ermənistan vətəndaşıdır və o, Gürcüstana turist kimi gəlib. Xatırladaq ki, sentyabrın 21-də Heydər Əliyevin Tbilisi şəhərində “Meydan” adlanan ərazisində yerləşən büstünə qarşı vandalizm aktı törədilməsi ilə bağlı […]
Bütün xəbərlər
Ələsgər Məmmədli Ombudsman Səbinə Əliyevaya müraciət edib
Toplum TV işi çərçivəsində 14 il müddətinə azadlıqdan məhrum edilən media hüququ üzrə ekspert Ələsgər Məmmədli Ombudsman Səbinə Əliyevaya saxlanıldığı Bakı İstintaq Təcridxanasından müraciət ünvanlayıb. Bu haqda məlumatı sentyabrın 30-da Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli sosial media hesabında paylaşıb. Müraciətində Ombudsmanın məhkəmə monitorinq etmək səlahiyyətinin olduğunu xatırladan hüquqşünas Səbinə Əliyevanı oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində […]
