Bütün xəbərlər

Biləsuvarda sahibsiz itlərin güllələndiyi deyilir

“İki gündür gecələr Biləsuvar şəhərində sahibsiz itləri güllələyirlər. İcra başçısının göstərişi ilə ov tüfəngləri ilə silahlanmış xüsusi dəstə iki gecədə azı 15 it öldürüb”. Anonimlik şərtilə avqustun 8-də Qəzetçi-yə məlumat verən Biləsuvar sakini iddia edib ki, itləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları rayon icra hakimiyyətinin göstərişilə öldürüb.  “İtləri icra başçısının göstərişi ilə […]

Bütün xəbərlər

Əli Kərimli məhkəməyə aprılarkən susuzluqdan huşunu itirib

“Əli Kərimlinin yaxınları “charter97.org”a bildiriblər ki, məhkəməyə aparılarkən ona içməli su verilmədikdən sonra Əli Kərimli məhbus daşıyan avtomobildə huşunu itirib”. Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qeyri-insani rəftara məruz qalması barədə Belarusiyanın “Xartiya 97” İnsan Haqları Təşkilatının məlumatında belə bildirilib. Təşkilatın yaydığı məlumatda qeyd edilir ki, iyulun 6-da onun həbs qətimkan […]

Bütün xəbərlər

Mühacirətdəki medialara şərh yazan Azərbaycan vətəndaşlarına 15 və 25 sutka həbs cəzası verilib

“Azərbaycan Saatı” internet televiziyasının instaqram səhifəsinə şərh yazan Bakı sakini 15 sutka, bloger Mehman Hüseynovun “Youtube” kanalına rəy bildirən Naxçıvan sakini isə 25 sutka müddətinə inzibati həbs edilib. Sabunçu Rayon Məhkəməsinin iyulun 2-də verdiyi qərarda qeyd edilir ki, “ülvi_.585” adlı sosial media istifadəçisi polis tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib edilib. Sabunçu Rayon Polis İdarəsinin […]

Bütün xəbərlər

Berlində Hacıyev və Bayramovla polemikadan sonra hökumətyönümlü media Nardaranlı fəalı İrana “casusluqda” ittiham edib

İyulun 29-da Müsəlman Birliyi Hərəkatının üzvü Ələmdar Bunyadov Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla Berlində polemikaya girəndən sonra hökumətyönümlü media onu İrana “casusluqda” ittiham edib. Ələmdar Bunyadovun özü tərəfindən lentə alınan və Qəzetçi-də dərc olunan videonun mövzusu Azərbaycanda siyasi məhbuslar, pozulan mülkiyyət hüquqları, müxalif fəallara, partiyalara, mediaya və Nardaran sakinlərinə repressiyalarla […]

Bütün xəbərlər

Beynəlxalq jurnalist təşkilatları “Toplum TV işi” üzrə məhkəmə qərarına etiraz edirlər

“Məhkəmənin hökmü bu prosesin siyasi xarakter daşıdığını və hakimiyyətin sadəcə peşə fəaliyyətini həyata keçirən jurnalistləri qorxutmaq və repressiyaya məruz qoymaq niyyətini bir daha təsdiqləyir”.  Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) ədalətsiz şəkildə məhkum edilmiş media əməkdaşlarının dərhal azad olunması tələbilə bəyanat yayıb. Beynəlxalq Jurnalistlər Federasiyası Avropa Jurnalistlər Federasiyası ilə birlikdə yaydığı birgə […]

Bütün xəbərlər

Təyyarə qəzası qurbanlarının ailələri Rusiyanın 50 000 dollarlıq kompensasiya təklifindən narazıdırlar

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə qəzasında həlak olanların ailələri itkilərə görə kompensasiya almağa çalışsalar da, bu çox çətin proses nəticəsində baş tutub. Bakıdan “J2-8243” reysi ilə Qroznıya uçan AZAL təyyarəsi 2024-cü il dekabrın 25-də Rusiya zenit raketləri tərəfindən  vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında  qəzaya uğrayıb. Təyyarədəki 67 sərnişinin 35-i Azərbaycan […]

Bütün xəbərlər

Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadıldı

İyulun 23-də Binəqədi Rayon Məhkəməsi “Azel TV” yutub kanalının rəhbəri Əfqan Sadıqov barəsində həbs qətimkan tədbirini 3 ay uzadıb. Bu haqda Qəzetçi-yə Sadıqovun hüquqlarını müdafiə edən vəkili Nemət Kərimli məlumat verib. “Həbs qətimkan tədbirinin oktyabrın 30-na qədər uzadılması barədə qərar çıxarıldı. Müstəntiq çıxışı zamanı Əfqan Sadıqov barədə Baş Prokurorluğa yeni şikayətlərin daxil olduğunu bildirdi”, – […]

Bütün xəbərlər

Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb”. Bu barədə Qəzetçi-yə siyasi məhbus Bəxtiyar Hacıyev yaxınları vasitəsilə məlumat verib. 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəal Avropa Komissiyasının rəhbərinin iyulun 1-də Bakıya səfərindən əvvəl ona müraciət edərək İlham Əliyevlə görüşdə siyasi məhbus məsələsini qaldırmasını xahiş edib. “Ursula fon […]

Hüquq

Gimnastlara zorakılıq edən keçmiş treynerə Atletika Federasiyasında vəzifə verildi

Ötən il gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva yeni vəzifəyə təyin olunub. “gununsesi.info” yazır ki, Vasileva Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun əmri ilə federasiyaya icraçı direktor təyin olunub. Mariana Vasileva 2021-ci ildə nazir müavini təyin olanana qədər Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnasika Federasiyasında baş məşqçi idi. 2024-cü […]

Bütün xəbərlər

DTX Əli Kərimlinin saxlanma şəraitini sərtləşdirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanma şəraiti sərtləşdirilib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, partiya sədri ailəsi ilə görüşü zamanı özü bu haqda məlumat verib. Əli Kərimli başqa kameraya köçürüldüyünü, saxlanma rejiminin sərtləşdirildiyini və digər məhbuslara tanınan bəzi hüquqlardan məhrum edildiyini bildirib. “Onun kamerasındakı televizor söndürülüb, radio yoxdur, vəkillərinin gətirdiyi […]