Bütün xəbərlər

Avropa Parlamenti Əli Kərimli, Anar Məmmədli və digər siyasi məhbuslarla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti həbsdə olan AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Anar Məmmədli və digər siyasi məhbusların işi ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edib.  Qətnamədə qeyd edilir ki, Əli Kərimli hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə 29 noyabr 2025-ci ildə saxlanılıb və onun barəsindəki həbs-qətimkan tədbiri iki dəfə uzadılıb. Bildirilir ki, ittihamları rədd edən partiya […]

Bütün xəbərlər

Almaniyanın Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Azərbaycana casusluq şübhəsilə saxlanılıb

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri August Hanning casusluqda ittiham olunur. “Spiegel”in yazdığına görə, o 2000-ə qədər gizli sənəd əldə edib və Azərbaycandan olan bir agentlə əlaqədə olub.  Federal Prokurorluğun araşdırmasına görə, Hanning vaxtilə rəhbərlik etdiyi Federal Kəşfiyyat Xidmətində büro rəhbəri olan Manfred D. vasitəsilə mənfi qrifli sənədlər əldə edib və bunun əsasında başqa bir […]

Bütün xəbərlər

Şahin Mustafayevin Tehrana səfərindən sonra Azərbaycanda bloklanan İran saytlarına giriş bərpa edilib

Azərbaycan ərazisində bloklanan bir sıra İran xəbər saytlarına giriş bərpa edilib. Qəzetçi-yə Bakıdakı mənbələrdən daxil olan məlumata görə, əvvəllər yalnız VPN vasitəsilə giriş mümkün olan İranın “Mehr”, “Tasnim” və “IRIB” xəbər agentliklərinin saytlarına sentyabrın 30-dan sərbəst giriş etmək mümkün olub.  Azərbaycan hakimiyyəti tərəfindən sərt tənqid edilən “Səhər Azəri” telekanalının saytına qoyulmuş blok isə aradan qaldırılmayıb. […]

Bütün xəbərlər

Azərbaycan rusiyalı milyarderlə bağlı Fransaya təzyiq göstərdiyinə dair iddiaları təkzib edib

Fransa və Slovakiya Rusiyaya qarşı sanksiyaların 12 ay müddətinə artırılmasının qarşısını alıb. Fransa özbək əsilli rusiyalı oliqarx Alışer Usmanovun adının sanksiyalardan çıxarılmasını tələb edir.  “Financial Times” sentyabrın 18-də yaydığı məlumatda qeyd edib ki, Fransanın bu addımı Azərbaycanın tələbi ilə bağlıdır. Belə ki, Rəsmi Bakı Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarının azad olunması müqabilində Usmanovun sanksiyalar siyahısından […]

Bütün xəbərlər

Azərbaycanda məhkəmələr USAID, GMF, ABŞ səfirliyindən ayrılan vəsaiti “çirkli pulların yuyulması” adlandırır

Sentyabrın 16-da “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənova “QHT işi” çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib.  Hökumətyönlü media olan APA yazır ki, o, 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilib.  Hafiz Həsənov […]

Bütün xəbərlər

Fransa Azərbaycanla məhbus mübadiləsi müqabilində rusiyalı oliqarxın Aİ sanksiyalarından çıxarılmasına çalışır

Fransa Azərbaycanla məhbus mübadiləsi çərçivəsində özbək əsilli rusiyalı oliqarx Alişer Usmanovun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılması üçün digər Aİ ölkələrini razı salmağa çalışır. Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Azərbaycanda həbs olunan bir neçə Fransa vətəndaşının azad edilməsi ilə bağlı təklif olunan saziş Aİ-nin Rusiyanın Ukraynaya hücumuna cavab olaraq 2600-dən […]

Bütün xəbərlər

Köçəryanla oğlu korrupsiya ittihamıyla həbs olundu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, oğlu Sedrak Köçəryan və digər dörd nəfər çərşənbə axşamı səhər tezdən korrupsiya ittihamları ilə həbs ediliblər. Hakimiyyət orqanları Köçəryanı rüşvət almaqda və prezident vəzifəsindən sui-istifadə edərək əmlakları bazar dəyərindən qat-qat aşağı qiymətə ələ keçirməkdə ittiham edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Köçəryan və onun yaxın ətrafı qiymətli dövlət əmlaklarını […]

Siyasət

Ceyhun Bayramovun Ukraynaya səfəri günü Əli Kərimlinin mühafizəçisi Xarkovda həbs olunub

Avqustun 6-də hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin keçmiş mühafizəçisi Bəhruz Həsənli Xarkov şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib. Bu haqda məlumatı “Azadlıq” qəzeti yayıb. Bəhruz Həsənli yulun 29-da Xarkov şəhərində Azərbaycan Baş Prokurorluğunun təqdimatı ilə saxlanılmış, iyulun 30-da isə Xarkov Şəhər Məhkəməsisi onu axşam yaşadığı evdə […]

Bütün xəbərlər

Bakıdakı gizli görüşlər Əliyevin qızlarına məxsus oteldə keçirilib

İyulun 12-si və 14-ü aralığında Bakıda almaniyalı siyasətçilərlə yüksək rütbəli rusiyalı rəsmi şəxslər arasında gizli görüş beşulduzlu “Four Seasons” otelində baş tutub. Almaniyanın “Die Zeit” qəzeti Rusiya-Ukrayna müharibəsilə bağlı görüş haqqında məlumatı yaysa da, otelin kimə məxsus olduğuna toxunmayıb.  Məqalənin fokusu görüşdə iştirak edən şəxslərin kimliyi və görüşün məqsədləri ilə bağlı idi. Bakıdakı gizli görüş […]

Bütün xəbərlər

Ermənistanlı güləşçilər Bakıda gənclər çempionatında mübarizə aparacaqlar

Ermənistan Güləş Federasiyasının məlumatına görə, 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək tədbirdə təxminən 20 idmançı iştirak edəcək. Azərbaycan Güləş Federasiyasının sözçüsü Sərxan Musayev OC Media-ya bildirib ki, Ermənistan milli komandası çempionatda iştirak etməmək qərarını son anda ləğv edib. “Əvvəlcə Ermənistan komandası iştirak etməyi planlaşdırmırdı. Bu, Ermənistan mətbuatında da geniş şəkildə işıqlandırılırdı. Amma onlar […]