Bütün xəbərlər

Macarıstanın dövlət kanalı yaydığı yalan məlumatlara görə üzr istədi, bəs AzTV? 

Macarıstanın dövlət televiziyası M1 uzun illər yalan məlumatlar yaydığına görə, macarlardan üzr üstəyib və yayımını müvəqqəti dayandırıb.  Keçmiş hakimiyyətin təsiri altına düşdüyünü açıq-aydın bəyan edən media qurumu hökumət təbliğatının yer almadığı yeni formatda fəaliyyətə başlayacağını bəyan edib. M1 telekanalının efirində qara fonda “İctimai televiziya yalan danışa bilməz. Uzun illər bunu etdiyimiz üçün üzr istəyirik” yazılıb. […]

Bütün xəbərlər

Azərbaycanın Avropa Məhkəməsindən ayrılıq qərarı nə vəd edir?

Kürdəmir rayonunun mərkəzinə yaxın Xırdapay kəndindən Bağban kəndinə gedən yol rəqəmsal xəritədə təxminən 35 kilometr göstərir. İndi nisbətən daha yaxşı yollar və rahat avtomobillərlə gedilən bu qısa yolun üstündəki kiçik kənd əhvalatı məsafələrin daha da qısaldığı indiki dünyada bəzən böyük geosiyasi hadisələrin simvolik hekayəsinə çevrilə bilir.  İki kəndin sakinlərinin hekayəsi 2007-ci ildə davam etdirilməsi mümkün […]

Bütün xəbərlər

“Avroviziya” və milli komplekslər

Avstriyada keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin 70-ci yubiley yarışı arxada qaldı. Yarışın qalibi “Bangaranga” mahnısıyla Dara oldu. Bu, Bolqarıstanın “Avroviziya”da ilk qələbəsi idi.  Azərbaycanı müsabiqədə “Just Go” mahnısı ilə təmsil edən JİVA — Cəmilə Həşimova isə finala keçə bilmədi. Onun çıxışından əvvəl  cəmiyyətimizdə gözlənti, məğlubiyyətindən sonra isə məyusluq duyulmadı.  “Avroviziya”qələbəsindən sonrakı Bolqarıstan Bolqarıstanlı jurnalist Nikola […]

Bütün xəbərlər

“Biz zalımın zülmünə məruz qalanların səsi olduğumuz üçün buradayıq”

Salam, oğlum! Bu təbriki sənə hər tərəfi tikanlı məftillərlə və dəmir barmaqlıqlarla əhatə olunmuş bir məkandan yazıram. Bəlkə də sənə ad günü təbrikini nə vaxtsa buradan yazacağımı təsəvvür etməzdim, amma mən bunu təxmin edirdim. Çünki ölkəmizdə hansı siyasi sistemin və kimlərin idarəçiliyinin olduğunun fərqində idim. Ölkədə hər günü son gün kimi yaşayan adamların hər an […]

Bütün xəbərlər

Tofiq Yaqubluya açıq məktub

Dəyərli və əziz Tofiq bəy! Əvvəlki aclıq aksiyalarınızda heç vaxt aclığı dayandırmağı xahiş etməmişəm – mənəvi haqq məsələsi qabağımı kəsib. İndi isə Sizə tək hörmət və pərəstiş etdiyim, sevdiyim üçün yox, həyat yolunuzda elədiklərinizdən daha çox bundan sonra nələr edə biləcəyinizi düşündüyüm üçün yazıram. Siz insanın kimlərəsə və cəmiyyətə nəyisə sübut etməyə ehtiyac duyduğu məqamları […]

Bütün xəbərlər

Gürcüstanlı azərbaycanlılar məktəb, yol istəyəndə “Azərbaycana, İrana gedin” deyirlər

Hüquq müdafiəçisi və sosioloq Samirə Bayramova Kvemo-Kartlidə (Borçalı) İranın təsirlərinin genişlənməsinin əsas səbəblərindən birinin Gürcüstan hökumətinin etnik azərbaycanlılara qarşı yol verdiyi diskriminasiya ilə əlaqədar olduğunu yazıb. “Gəlin Gürcüstanın müsəlman icmasına qarşı bir sıra ayrı-seçkilik hallarından başlayaq. Məsələn, əgər bir məscidin axunda və ya başqa bir din xadiminə ehtiyacı varsa, kilsənin ruhaniyə ehtiyacı olduğu kimi, Gürcüstanda […]

Rəy

Erməni məhbusların qaytarılması: humanizm, yoxsa…

Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib. Onlar arasında Azərbaycanda ən məhşuru Xaçaturyan Vaqif Çerkezi idi. O, Cinayət Məcəlləsinin 2 maddəsilə – soyqırımı və əhalini deportasiya etmə və ya məcbur etmədə təqsirli bilinirdi. Bu maddələrlə 15 il azadlıqdan məhrum edilmişdi. Xaçaturyanın məhkəməsində ifadə verən şahidlər onun və dəstəsinin insanları diri-diri yandırdıqlarını deyirdilər. Həmçinin insanların girov […]

Rəy

„Ənvərə düşür”

Səhər açılır, nəfəsliyə yaxınlaşan Ənvər:– Necəsən, Ənvər?– Şükür, siz yaxşı olun, bizə nə var?! Biz gəzirik… Həbs olunduğum bu 6 ay yarım ərzində Ənvərdən necə olduğunun cavabını ala bilməmişəm. Həmişə vəziyyətinə şükür etdiyini deyir. 5 il müddətədək azadlıqdan məhrum olunan bəzi dustaqlar hökm oxunandan sonra şəxsi istəyi ilə həbsxanada təsərrüfat işçisi (“xoz”) olaraq işə düzələ bilirlər. […]

Rəy

Qəddar İdarəçilik sistemi: hakimiyyətin ayağı altına aldıqları

Gələn ay bir il olacaq ki, hakimiyyətin necə işlədiyini ən aydın göstərən yerdə – həbsxanadayam. Aksiyaya çıxdığı üçün həbsə atılan inanclı xanımlardan biri xəbərlər proqramı başlayanda belə deyir: “Baxaq görək bayırdakılar nədən əziyyət çəkir”. Doğru təsbitdir. Ölkə vətəndaşları elə gündədir ki, biz türmədə onların halına acıyırıq. Hər gün stress, həyəcan, əməyin istismarı və nəticədə danışa […]

Rəy

Xasiyyətnamə

“Meydan TV işi” üzrə cinayət işi materialları ilə tanış oldum. Hər biri 250 səhifə olmaqla ümumilikdə 26 cilddən ibarət cinayət işi materiallarında ittiham edildiyim qanunsuz əməlləri törətdiyimə dair kiçik də olsun bir fakt (!) yoxdur. Necə deyərlər – məlumun elanı.İstintaq mənimlə bağlı bütün ümidini evimə özlərinin yerləşdirdiyi, cinayət işi materiallarında isə maddi sübut kimi göstərdiyi […]