Category: Bütün xəbərlər
Rəy
Qəddar İdarəçilik sistemi: hakimiyyətin ayağı altına aldıqları
Gələn ay bir il olacaq ki, hakimiyyətin necə işlədiyini ən aydın göstərən yerdə – həbsxanadayam. Aksiyaya çıxdığı üçün həbsə atılan inanclı xanımlardan biri xəbərlər proqramı başlayanda belə deyir: “Baxaq görək bayırdakılar nədən əziyyət çəkir”. Doğru təsbitdir. Ölkə vətəndaşları elə gündədir ki, biz türmədə onların halına acıyırıq. Hər gün stress, həyəcan, əməyin istismarı və nəticədə danışa […]
Rəy
Xasiyyətnamə
“Meydan TV işi” üzrə cinayət işi materialları ilə tanış oldum. Hər biri 250 səhifə olmaqla ümumilikdə 26 cilddən ibarət cinayət işi materiallarında ittiham edildiyim qanunsuz əməlləri törətdiyimə dair kiçik də olsun bir fakt (!) yoxdur. Necə deyərlər – məlumun elanı.İstintaq mənimlə bağlı bütün ümidini evimə özlərinin yerləşdirdiyi, cinayət işi materiallarında isə maddi sübut kimi göstərdiyi […]
Siyasət
DTX-ya total nəzarət səlahiyyəti verilir
Dövlət Təhlükəsizlik Xidmətinə Azərbaycan vətəndaşları və ölkədə yaşayış icazəsi olan şəxslərin şəxsi məlumatlarına çıxış imkanı verilir. Qurumun Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edən Əsasnamə Azərbaycan prezidentinin rəsmi saytında dərc olunandan qısa müddət sonra silinib. Tədqiqatçı jurnalist Cavid Ağa Əsasnamənin əslini silinməzdən əvvəl arxivləşdirə bilib. Həmin Əsasnaməyə görə, […]
Siyasət
Avropa Parlamenti hakimiyyəti müxalifət lideri və akademikləri azad etməyə, Avropa Birliyini isə sanksiya tətbiq etməyə çağırıb
Dekabrın 18-də Avropa Parlamenti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, talış tətqiqaçı İqbal Əbilovun, Çexiyanın Çarlz Universitetinin doktorantı Bəhruz Səmədovun və iqtisadçı alim Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib. Qətnamədə Qubad İbadoğluya qarşı açılan cinayət işi ilə əlaqədar Fazil Qasımovun da ədalətsiz şəkildə həbs olunduğu vurğulanıb. Bildirilib ki, 2025-ci ildən etibarən […]
Bütün xəbərlər
Ermənistan mediası Yerevana gedən azərbaycanlı QHT rəhbərlərini „GONGO“ adlandırıb
“İrəvanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bir masa arxasında əyləşən qadın təxminən üç il əvvəl Laçın dəhlizini bağlayan və Qarabağdakı ermənilərinin blokadaya alınmasının təşəbbüskarı olan qondarma “ekoaktivistlərdən” biridir”. Azadlıq Radiosunun Ermənistan bürosu sülh quruculuğu çərçivəsində Azərbaycandan Ermənistana gedən qeyri-hökümət təşkilatlarıyla Ermənistanın dövlət rəsmilərinin görüşünü şərh edərkən belə yazıb. Söhbət Azərbaycan tərəfin 2023-cü ildə Laçın koridorunda […]
