Azərbaycanda adambaşına 6,5 ton karbon tullantısı düşür

2023-cü ildə Azərbaycanda istixana qazlarının illik ümumi emissiyası 66 mln. ton olub. Bu göstərici 2010-cu illə müqayisədə 43,5 faiz, 2022-ci illə müqayisədə 11,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin ötən ilin dekabrında dərc etdiyi Dayanıqlı İnkişaf məqsədləri icmalında qeyd edilib ki, iki il əvvəl ölkədə adambaşına 6,6 ton karbon tullantısı düşüb.

COP-29 ərəfəsində yaradılan “İqlim Ədaləti” Təşəbbüsünün yaydığı bəyanatda deyilirdi ki, Sovet İttifaqı dağılandan sonra müəssisələrin kütləvi şəkildə bağlanmasından sonra bu nəticə əldə olunub.

“Paris müqaviləsinə qoşulandan sonra Azərbaycan hökuməti karbon tullantılarının azaldılması üçün sistemli tədbirlər görmədiyindən bu göstərici hər il durmadan artır”, – deyə Təşəbbüs üzvlərinin yaydığı bəyanatda deyilirdi.