Bütün xəbərlər

Biznes krediti faizlərinin yarısı dövlət büdcəsi hesabına ödəniləcək

Bakı və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında sahibkarlıq fəaliyyəti göstərən şəxslərin banklardan götürdükləri kreditlər üzrə faizlərin 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək. Prezident İlham Əliyevin iyunun 9-da imzaladığı fərmana görə, nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin olaraq pilot layihə kimi tətbiq ediləcək və 2030-cu il dekabrın 31-dək qüvvədə olacaq. […]