Bütün xəbərlər

DTX Əli Kərimlinin saxlanma şəraitini sərtləşdirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanma şəraiti sərtləşdirilib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, partiya sədri ailəsi ilə görüşü zamanı özü bu haqda məlumat verib. Əli Kərimli başqa kameraya köçürüldüyünü, saxlanma rejiminin sərtləşdirildiyini və digər məhbuslara tanınan bəzi hüquqlardan məhrum edildiyini bildirib. “Onun kamerasındakı televizor söndürülüb, radio yoxdur, vəkillərinin gətirdiyi […]

Siyasət

DTX-ya total nəzarət səlahiyyəti verilir

Dövlət Təhlükəsizlik Xidmətinə Azərbaycan vətəndaşları və ölkədə yaşayış icazəsi olan şəxslərin şəxsi məlumatlarına çıxış imkanı verilir. Qurumun Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edən Əsasnamə Azərbaycan prezidentinin rəsmi saytında dərc olunandan qısa müddət sonra silinib. Tədqiqatçı jurnalist Cavid Ağa Əsasnamənin əslini silinməzdən əvvəl arxivləşdirə bilib. Həmin Əsasnaməyə görə, […]