Category: Siyasət
Siyasət
Ceyhun Bayramovun Ukraynaya səfəri günü Əli Kərimlinin mühafizəçisi Xarkovda həbs olunub
Avqustun 6-də hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin keçmiş mühafizəçisi Bəhruz Həsənli Xarkov şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib. Bu haqda məlumatı “Azadlıq” qəzeti yayıb. Bəhruz Həsənli yulun 29-da Xarkov şəhərində Azərbaycan Baş Prokurorluğunun təqdimatı ilə saxlanılmış, iyulun 30-da isə Xarkov Şəhər Məhkəməsisi onu axşam yaşadığı evdə […]
Bütün xəbərlər
Bakıdakı gizli görüşlər Əliyevin qızlarına məxsus oteldə keçirilib
İyulun 12-si və 14-ü aralığında Bakıda almaniyalı siyasətçilərlə yüksək rütbəli rusiyalı rəsmi şəxslər arasında gizli görüş beşulduzlu “Four Seasons” otelində baş tutub. Almaniyanın “Die Zeit” qəzeti Rusiya-Ukrayna müharibəsilə bağlı görüş haqqında məlumatı yaysa da, otelin kimə məxsus olduğuna toxunmayıb. Məqalənin fokusu görüşdə iştirak edən şəxslərin kimliyi və görüşün məqsədləri ilə bağlı idi. Bakıdakı gizli görüş […]
Bütün xəbərlər
Ermənistanlı güləşçilər Bakıda gənclər çempionatında mübarizə aparacaqlar
Ermənistan Güləş Federasiyasının məlumatına görə, 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək tədbirdə təxminən 20 idmançı iştirak edəcək. Azərbaycan Güləş Federasiyasının sözçüsü Sərxan Musayev OC Media-ya bildirib ki, Ermənistan milli komandası çempionatda iştirak etməmək qərarını son anda ləğv edib. “Əvvəlcə Ermənistan komandası iştirak etməyi planlaşdırmırdı. Bu, Ermənistan mətbuatında da geniş şəkildə işıqlandırılırdı. Amma onlar […]
Bütün xəbərlər
Azərbaycan Fransaya qarşı müstəmləkə tənqidi təcrübəsini Rusiyaya tətbiq etməyə başlayıb
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində tanınmış jurnalist Dmitri Qordonun sualını cavablandıran Prezident İlham Əliyev Ukraynaya işğalla barışmamağı tövsiyə edib. “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Mən […]
Bütün xəbərlər
Avropa İttifaqı Ermənistan məhsullarının 80 faizini rüsumdan azad edəcək
Avropa Komissiyasının sədri Ursula von der Leyen iyunun 2-də Yerevana səfəri zamanı deyib ki, Avropa Birliyi Rusiyanın qadağan etdiyi Ermənistan məhsullarına qapı açacaq. Ermənistana təklif olunan yeni ticarət təklifləri Avropaya ixrac olunan məhsullara tətbiq edilən rüsumlara da əhəmiyyətli güzəştlər nəzərdə tutur. “Muxtar Ticarət Tədbirləri üçün təkliflər Ermənistanın Avropa İttifaqına ixracının demək olar ki, 80%-ni liberallaşdıracaq. Bu […]
Bütün xəbərlər
Azərbaycan və Türkiyə XİN-i İsrailin erməni soyqırımını tanıması planına reaksiya verib
“Hesab edirik ki, erməni soyqırımı mövzusunun siyasi alətə çevrilməsi prosesinə qoşulmamaq Ermənistan Respublikasının maraqlarına uyğundur.” Ermənistanın baş naziri Nikol Paşinyan İsrail Nazirlər Kabinetinin ötən həftə “erməni soyqırımı”nın tanınması ilə bağlı təsdiq etdiyi qanun layihəsinə münasibət bildirərəkən belə deyib. Türkiyənin İsrailə cavabı özünü çox da gecikdirməyib. Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq İsrail hökumətini fələstinlilərə qarşı […]
Bütün xəbərlər
Almaniyada Putin rejimini dəyişmək üçün partiya yaradıldı
“Biz sadəcə mücərrəd dəyərlər ətrafında birləşən klub və ya komitə deyilik. Partiya hakimiyyət uğrunda mübarizə alətidir. Bu gün Rusiya müxalifətində açıq şəkildə fəaliyyət göstərə biləcək strukturlar yoxdur və biz bu boşluğu tutmaq niyyətindəyik.” “Alman Dalğası” Radiosu yazır ki, bunu rusiyalı mühacir dissident İlya Yaşin Almaniyada yeni yaradılan Rusiyanın Sülhsevər Qüvvələri Partiyasını jurnalistlərə təqdim edərkən deyib. […]
Bütün xəbərlər
Makron erməni məhbuslar məsələsini Əliyevlə danışacağını deyib
Emmanuel Makron Azərbaycanda həbsdə olan erməni əsilli məhbusların məsələsini Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək. “Armenpress” yazır ki, bunu mayın 5-də “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitinin nəticələrinə həsr olunmuş brifinqdə Fransa Prezidenti özü deyib. “Əvvəlcə Ermənistan Prezidenti və Ermənistanın Baş naziri ilə müzakirələr aparacağam, bundan sonra isə Prezident Əliyevə zəng edəcəm və ya birbaşa […]
Siyasət
Ermənistanın Xarici Kəşfiyyat Xidməti Bəhruz Səmədovla bağlı təkzib verdi
Ermənistanın Xarici Kəşfiyyat Xidməti Azərbaycanda dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilən tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovla əlaqələrinə dair ittihamları təkzib edib. “OC-Media“ yazır ki, bu açıqlama ermənistanlı jurnalist Jirar Vaskanyanın ötən həftə öz ölkəsinin Kəşfiyyat Xidmətinə göndərdiyi sorğusuna cavabda bildirilib. „Azərbaycan vətəndaşları da daxil, sorğuda adı çəkilən şəxslərlə hər hansı bir […]
Siyasət
DTX-ya total nəzarət səlahiyyəti verilir
Dövlət Təhlükəsizlik Xidmətinə Azərbaycan vətəndaşları və ölkədə yaşayış icazəsi olan şəxslərin şəxsi məlumatlarına çıxış imkanı verilir. Qurumun Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edən Əsasnamə Azərbaycan prezidentinin rəsmi saytında dərc olunandan qısa müddət sonra silinib. Tədqiqatçı jurnalist Cavid Ağa Əsasnamənin əslini silinməzdən əvvəl arxivləşdirə bilib. Həmin Əsasnaməyə görə, […]
