İsveçrənin Federal Ədliyyə Nazirliyi Baş Prokurorluğun blogger Manaf Cəlilzadənin Azərbaycana ekstradisiyası barədə tələbini rədd edib. Bu barədə “Qəzetçi”yə Manaf Cəlilzadənin özü məlumat verib.
2025-ci il fevralın 27-də Baş Prokurorluq bloggerin Azərbaycana göndərilməsilə bağlı İsveçrə hökumətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunurdu ki, Manaf Cəlilzadə dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.
Federal Ədliyyə Nazirliyi müstəqil hökumət və qeyri-hokumət təşkilatlarının Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatlarını nəzərdən keçirəndən sonra boggeri Azərbaycana ekstradisiya etməmək qərarına gəlib.
İsveçrənin insan hüquq və azadlıqlarına dair öhdəlik daşıdığını xatırladan nazirlik bildirib ki, Cəlilzadə Azərbaycana göndəriləcəyi təqdirdə işgəncəyə məruz qala bilər və ədalətli mühakimə hüququ pozula bilər.
Manaf Cəlilzadə isə ona qarşı ittihamların əsassız olduğunu deyib. Blogger əldə etdiyi ittiham aktını oxuyandan sonra məlum olub ki, Baş Prokurorluq onun BMT-nin Cenevrə ofisi qarşısında keçirdiyi etiraz aksiyasını da cinayət əməli hesab edib.
Azərbaycanın hökuməti son illərdə xaricdəki tənqidçilərə qarşı transmilli repressiyaları intensivləşdirib. Baş Prokurorluq mühacirətdə yaşayan bloggerlər, siyasətçilər, jurnalistlər haqqında cinayət işləri qaldırıb. Onlar da Manaf Cəlilzadə kimi dövlət əleyhinə açıq çağırışda ittiham olunurlar.
Nəsimi Rayon Məhkəməsi Orduxan Bəbirov,
Binəqədi Rayon Məhkəməsi professor Altay Göyüşov,
jurnalist Sevinc Osmanqızı, siyasi şərhçi Ərəstun Oruclu, və bloggerlər – Murad Quliyev, Abid Qafarov, Manaf Cəlilzadə, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov, Tural Sadıqlı, Elşad Abdullayev və Süleyman Süleymanlı barəsində həbs qətimkan tədbiri seçib.
2025-ci il iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi blogger İmaməddin Əlimanova qiyabi hökmlə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
İsveçrə blogger Manaf Cəlilzadəni Azərbaycana göndərməkdən imtina etdi
