DSX zabitinin intihar etdiyi bildirilir

Sentyabrın 12-də səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən leytenant Hüseyn Ağayev özünə odlu silahdan atəş açaraq intihar edib. 

“Qəzetçi”nin əldə etdiyi məlumata görə, ona İranla sərhəddə xidməti ərazini təyin olunmuş vaxtda boş saxlamaq tapşırığı verilsə də, zabit buna əməl etməyib və İrandan gələn narkotik tranzitinin qarşısını alıb. 

Bundan sonra Hüseyn Ağayev hərbi hissə komandanlığı tərəfindən təzyiqlər balşayıb, o cinayət işinə cəlb olunmaqla hədələnib. 

“Qəzetçi“ hərbçinin intiharı ilə bağlı DSX ilə əlaqə saxlasa da, telefon zənglərinə cavab verilməyib.